ABŞ-DAN QALMAQALLI ÇIXIŞ! - Koronavirus Çinə qarşı ticarət müharibəsinin həmləsidirmi?

ABŞ-DAN QALMAQALLI ÇIXIŞ!

 

Sozcu.info  xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının ticarət naziri Vilbur Ross Çində başlanan virus epidemiyasının Amerikada məşğulluğun artmasına, işsizliyin azalmasına gətirib çıxaracağını bildirib.

Vilbur Ross Çindəki koronavirus epidemiyasının bu ölkədəki fabrik və zavodların bağlanmasına, bundan sonra şirkətlərin öz məhsullarının istehsalını Çindən ABŞ-a, Meksikaya və digər Şimali Amerika ölkələrinə köçürəcəyi bunun da regionda iş yerlərinin artmasına səbəb olacağı fikrini səsləndirib.

Tramp administrasiyasının məmuru bu sözləri "Foks Biznes” (Fox Business) kanalına müsahibəsində söyləyib.

Çindəki epidemiya və insan itkisi ilə bağlı kədərləndiyini bildirən Ross jurnalistin sualının cavabında deyib: "Çox ağır bir epidemiya ilə qarşı-qarşıya olduğumuz üçün qələbədən danışa bilmərəm”.

Amerikalı nazirin bu açıqlamaları sosial mediada sərt etirazla qarşılanıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}