İcra başçısı 3 qurumu birləşdirdi -
Rəis təyin etdi - FOTO
Şuşada bir ton çətənə kolu məhv edilib
Neft qiymətləri kəskin dönüş etdi
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
"Yeni müharibə ehtimalı kifayət qədər real görünür" — -XƏBƏRDARLIQ
Son günlər Ermənistan ordusu hərəkətlənib.
Ermənistan ordusu İrəvanda hərbi parad keçirməklə yanaşı cəbhəyanı ərazilərdə də təlimlər keçirir. Xüsusən Ağdam istiqamətində keçirilən təlimlər hiss ediləcək səviyyədədir. Ağdam sakinləri təlimlər başlayan zaman yenidən döyüşlərin başladığını hesab ediblər, ancaq sonradan bunun təlim olduğu bildirildi.
Ermənistan təlimlərə başlayandan dərhal sonra Azərbaycan Müdafiə Nazirliyində bununla bağlı müşavirə keçirildi. Nazirin göstərişi ilə erməni ordusuna aid obyektlər müşahidəyə alınacaq, hərəkətdə olan texnikalar isə dərhal vurulacaq.
Bundan əlavə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın yenə də danışıqlara xələl gətirmək üçün destruktiv və təxribatçı siyasət yürütdüyünü bildirib. Elmar Məmmədyarov deyib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş Ağdam rayonunda başladığı hərbi məşq və təlimlər danışıqlar prosesini pozmağa yönəlmiş ciddi təxribatdır.
Ermənistan ordusunun son zamanlar fəallığı və bölgədə baş verə biləcək hadisələr barədə politoloq Qabil Hüseynli danışıb:
"Bu təlimlərin birinci məqsədi 2-5 aprel döyüşlərinin ermənilərdə yaratdığı ruh düşkünlüyü, qorxu hissini aradan qaldırmaqdır. Ermənistan öz əhalisinə göstərməlidir ki, arxasında Rusiya kimi nəhəng bir dövlət var, yeni silahlar alıb. Bu silahlar guya ölkələr balansında Ermənistanın xeyrinə kəskin dəyişikliklər edib. Hətta bundan istifadə edərək təmas xətti boyunca təlimlər keçirməyə belə cürət edib. Bu təlimlərin bir məqsədi də, Azərbaycan tərəfində ruh düşkünlüyü yaratmağa yönəlib. Ermənistan bununla demək istəyir ki, biz güclüyük, müharibəyə hazırıq, istənilən döyüşlərdə qalib gəlməyə imkanımız çatar. Bütün bunlar hamısı erməni cəmiyyətinin gözünə kül üfürməkdir. Bu, aciz vəziyyətdə qalmış ölkənin müharibəqabağı təbliğatıdır.
Ermənilər gözəl bilir ki, indiki şəraitdə danışıqları hansı formada olursa olsun pozmaq ən birinci şərtdir. Çünki danışıqlar prosesi işğal edilmiş rayonların bu və ya digər formada geriyə qaytarılması ilə nəticələnəcək və ermənilər işğal etdikləri torpaqları geriyə qaytarmalı olacaqlar. Bu da erməni cəmiyyətində kəskin qarşıdurma meyilləri yaradacaq. Hətta Sarkisyan hakimiyyətinin devrilməsi ilə nəticələnəcək.
Belə görünür ki, Rusiya Sarkisyan hakimiyyətinə alışıb və Sarkisyanı itirmək istəmir. Bu səbəbdən də, 2-5 aprel müharibəsindən sonra hər gün Dağlıq Qarabağ problemi ilə məşğul olacam deyən Putinin səsi-sorağı çıxmır. Rusiya bu azmış kimi Ermənistana çox təhlükəli silahlar ötürməyə başlayıb. 200 milyon kredit adı altında bu günə qədər Rusiya Ermənistana milyardlarla dollar dəyərində silah-sursat göndərib. Rusiya uğursuz cəhdlər edir ki, göndərdiyi silah-sursat Ermənistan ərazisindəki rus qoşunlarına verilir. Ermənilər rusları yaxın zamanda ifşa etdi ki, silahları Rusiya verib və bu silahlar Ermənistan ordusu üçün nəzərdə tutulub. Erməni təbliğatı isə bu silahlar vasitəsi ilə hədə mesajları verməyə başlayıb.
Görünür ki, gözlənilən payız danışıqları ya baş tutmayacaq, ya da baş tutsa, heç bir nəticə verməyəcək. Ermənilər hazırda tamamilə başqa bir istiqamətə kökləniblər. Ermənilər elə düşünür ki, 2-5 aprel müharibəsində itirdikləri əraziləri geri qaytara bilərlər.
Rusiya Azərbaycana silah satmaq istəyir və bundan da çox böyük gəlir götürür. Hazırda Rusiyadan silah alan ölkələrin sayı çox azalıb. Rusiyadan silah alan ölkələr içərisində Azərbaycan ön sırada gəlir. Rusiyaya pul lazımdır. Bu pulu əldə etmək üçün ən gözəl mənbə hərbi sənaye kompleksinin inkişafıdır ki, silahları münaqişə olan ölkələrə satsın. Azərbaycan bu dəfə fərqli davranacaq. Azərbaycan texniki parametrlərinə görə, yeni texnologiyalara dayanan silahlar almağa üstünlük verir. Azərbaycan bundan sonra Rusiya silahlarından daha üstün silahlar əldə etməyə çalışacaq. Bu istiqamətdə İsraillə əməkdaşlıq çox sərfəlidir. Yaxın zamanda Azərbaycanda silah sərgisi keçiriləcək. Həmin sərgidə İsrail yeni, texnoloji üstünlüklərə malik, dünyada analoqu olmayan silahlarla təmsil olunacaq. Eyni zamanda İsraillə danışıqlar gedir ki, Azərbaycan həmin silahları almaqla yanaşı, o silahların Azərbaycanda istehsalını da təmin edəcək. Hazırda Azərbaycanda İsraillə müştərək bir sıra müasir silahların istehsalı davam edir. Həmin silahlar Ermənistanda yoxdur.
Azərbaycan İsraildən əlavə Pakistanla da hərbi əməkdaşlığa maraqlıdır. Pakistan Azərbaycana müasir tipli, Çinlə birgə istehsal edilmiş qırıcı təyyarələr göndərməyə hazır olduğunu bildirib. Həmin təyyarələr bir sıra texniki üstünlükləri ilə yanaşı, həm də qiymət baxımından da kifayət qədər rus təyyarələrindən ucuz qiymətədir. Azərbaycanın başqa çıxış yolu yoxdur, ordu sürətlə yeni silahlarla təmin edilməlidir. Ordumuz təlimlərə ara verməməlidir. Müdafiə Nazirliyində keçirilən müşavirədə Ermənistanın bütün hərbi obyektlərinin müşahidə altına götürülməsi və onların məhv edilməsi üçün indidən tədbirlər görülməsi haqqında göstəriş verilib. Azərbaycanın buna imkanı var.
Yeni müharibə ehtimalı kifayət qədər real görünür. Bunun da əsas səbəbkarı Rusiya və onun regiondakı əlaltısı Ermənistandır. Danışıqlar prosesinə söz verən Rusiya ümumiyətlə son zamanlar danışıqların keçirilməsi barədə fikirlər də səsləndirmir. Yaxasını hər şeydən kənara çəkib əl altından, xəyanətkarcasına təyyarə ilə göndərə bilmədiyi raketləri quru yolla, bizim də çox kömək etdiyimiz Gürcüstanın ərazisindən Ermənistana ötürür. Ermənistana gedən silah-sursatın böyük hissəsi Gürcüstan quru yolu ilə göndərilir. Gürcüstan tərəfi Rusiya tərəfindən Ermənistanın militarisləşdirilməsinə, silahla təmin edilməsinə maneçilik törətmir. Halbuki Gürcüstanın torpaqları Rusiyanın işğalı altındadır.
Çox təəssüflər olsun ki, Cənubi Qafqaz yenidən qarışa bilər. Bu dəfə artıq 2-5 aprel müharibəsinə bənzəyən bir müharibə olmayacaq. Bu dəfə Ermənistanla Azərbaycan arasında olacaq müharibə irimiqyaslı, son qələbəyə qədər olan müharibə olacaq. Rusiya göz önünə almalıdır ki, həm əhali ehtiyatları, həm ordusunun sayı, hərbi potensialı yüksək olan Azərbaycan bu müharibəni uduzmayacaq. Müharibə zamanı Türkiyə müəyyən dəstək verəcək, Pakistan mütləq bu müharibəyə müdaxilə edəcək, Səudiyyə Ərəbistanı Azərbaycana hər cür yardım əli uzadacaq. Rusiya elə düşünür ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyini Ermənistana verəcək və bunun köməyi ilə Azərbaycana qarşı müəyyən qüvvə formalaşdıracaq. Rusiya çox ciddi surətdə yanılıb ki, bu dəfə ruslar erməniləri yenidən üstümüzə göndərsə, bütün müsəlman dünyasının müqaviməti ilə rastlaşacaq. Rusiya Suriyadan da qorxulu bir cəbhə ilə baş-başa qalacaq.
Azərbaycan xalqının əzmini biz 2-5 aprel müharibəsində gördük. 2-5 aprel müharibəsi zamanı mülki əhalinin zorla müharibəyə getmək əzmini gördük. Ermənilər bilməlidir, Azərbaycan xalqı elə bir xarakterə malikdir ki, ayağa qalxsa, onun qarşısında heç bir güc dayana bilməyəcək. Rusiya həyasızlıq edərsə, ABŞ və Avropa İttifaqı da Azərbaycanı ən azından siyasi səviyyədə dəstəkləyəcək. Əgər müharibə olarsa, Cənubi Qafqaz Rusiyanın bel sütununu qırmaq üçün döyüş meydanına çevrilə bilər".
Oxşar Xəbərlər
Ermənilər işğal olunmuş ərazilərdə yanğınlar törədib
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
"Bizim qabağımızda duruş gətirə bilməz” - Prezidentdən xəbərdarlıq
Azərbaycan Rusiyanın təkliflərini nəzərdən keçirir
Xəbər lenti
İcra başçısı 3 qurumu birləşdirdi -
Rəis təyin etdi - FOTO
Şuşada bir ton çətənə kolu məhv edilib
Cəlilabadda avtomobil uşağı vurdu
Neft qiymətləri kəskin dönüş etdi
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq