Ermənilər işğal olunmuş ərazilərdə yanğınlar törədib

 

Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində növbəti dəfə yanğınlar törədiblər.

APA-nın xəbərinə görə, bu gün erməni silahlı qüvvələrinin müxtəlif qoşun birləşmələrinin Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirdiyi təlimlər başa çatandan sonra böyük bir sahə yandırılıb.

Yanğınlar işğal altında olan Ağdam şəhərinin ətrafına qədər yayılıb. Cəbhəyanı kəndlərdən yanğınları müşahidə etmək mümkündür.

Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdiriblər. Ermənilərin müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərin növbəti mərhələsini keçiriblər. Təlimdə toplar, reaktiv artilleriya qurğuları, minaatanlar, eləcə də zirehli texnikalardan istifadə olunub.

Ermənistan ordusunun təlim atışlarının səsi cəbhəyanı yaşayış məntəqələrində, qonşu rayonların ərazilərində eşidilib.



Oxşar Xəbərlər

Xəbər lenti