Artur Rəsizadə və komandası istefa ərəfəsindədir

Artur Rəsizadə və komandası istefa ərəfəsindədir

 


Nazirlər Kabinetinin yeni strukturu haqqında prezident sərəncamı hazırdır

 


Avqustun 23-də Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında Prezidentinin Fərmanı hökumətdə gözlənilən dəyişikliklərin ilk addımı olmaqla bu istiqamətdə gözlənilən prosesi də başlatmış oldu. Qeyd edək ki, Prezident Fərmanı ilə Nazirlər Kabineti Aparatının işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla? 200 ştat vahidi müəyyən olundu. Nazirlər Kabineti Aparatının Prezidentin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş strukturunda Baş nazirin xidməti, Baş nazirin birinci müavininin xidməti, Baş nazirin müavinlərinin xidmətləri, NK Aparatının rəhbərinin xidməti, Aparat rəhbərinin müavininin xidməti ilə yanaşı hüquq şöbəsi, maliyyə və iqtisadiyyat məsələləri şöbəsi, humanitar və sosial məsələləri şöbəsi, beynəlxalq əlaqələr şöbəsi, sənaye və energetika məsələləri şöbəsi, neft və kimya məsələləri şöbəsi, kənd təsərrüfatı məsələləri şöbəsi, ekologiya məsələləri şöbəsi, təhlükəsizlik və müdafiə məsələləri şöbəsi, kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi, regionların inkişafı məsələləri şöbəsi, beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi, qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, mətbuat xidməti daxildir. Məlumata görə, Nazirlər Kabinetinin əvvəlki strukturunda mövcud olmuş səkkiz şöbəsi ləğv edilib.

Fikirimizcə, Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında Prezidentinin Fərmanı bütövlükdə hökumətin yeni strukturunun müəyyən edilməsi istiqamətdə ilk addımdır. İqtidara yaxın mənbədən redaksiyamıza  daxil olan məlumata görə, Nazirlər Kabinetinin özünün yeni strukturunda bir birinci müavin, üç müavin vəzifəsi olacaq. Nazirlər Kabinetinin strukturunda olan 35 nazirlik, komitə, xidmət və adminstarsiyanın sayı 27-yə qədər azaldılacaq. Bu proses bəzi nazirlik, komitə və xidmətlərin ləğv olunması və ya birləşdirilmə yolu ilə həyata keçiriləcək. Ləğv oluncaq nazirliklərin arasında Energetika Nazirliyinin, eləcə də Gənclıər və İdman Nazirliyinin adları yer alacaq. Bundan başqa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diaspor ilə iş üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ləğv olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi birləşdiriləcək.

Bundan başqa səhmləri dövlətə məxsus olan bir neçə Açıq Səhmdar Cəmiyyətin ləğv olunması və nazirliklərin tabeliyində Agentlik kimi təsis olunmasına da qərar veriləcək.

Nzirlər Kabinetinin yeni strukturunda bir birinci müavin, iki müavin postu olacaq. İqtidara yaxın mənbənin sözlərinə görə, Yaqub Eyyubov postunu qoruya biləcək. Baş nazirin müavini olan Əli Əhmədov bundan sonra da postunu qoruyacağı gözlənilir. Ancaq onun digər həmkarları haqqında bunu demək mümkün deyil. Baş nazirin müavinləri Elçin Əfəndiyev,  Əli Həsənov, Abid Şərifov və İsmət Abbasov isə vəzifələrini qoruya bilməyəcəklər. Məlumata görə, İsmət Abbasov istisna olmaqla onların hamısı təqaüdə göndəriləcək. Ismət Abbasov isə səfir göndəriləcək. Cəmiyyətin diqqət mərkəzində olan Baş nazirin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun komitə sədrliyindən də kənarlaşdırılacağı gözlənilir. Məlumata görə, Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin iki nəfərin ölümü və iki nəfərin ağır yaralanması ilə nəticələnən avtoqəzasının prezident İlham Əliyevin ciddi narazılığına səbəb olduğu haqqında məlumat var. Məlumata görə, prezident Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin paytaxtın mərkəzində yüksək sürətlə avtoxuliqanlıq etməkdən çəkinməməsini onun iradəsinin əleyhinə addım kimi dəyərləndirir.

Nazirlər Kabinetinin yeni tərkibində sürpiriz isimlər də ola bilər. İqtidara yaxın mənbənin məlumatına görə, baş nazirin müavinlərindən biri də Natiq Əmirov olacaq. Bir neçə gün öncə prezident İlham Əliyev Natiq Əmirovu 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif etdi.  Məlumata görə, Natiq Əmirov hökumətdə əsasən islahatlarla bağlı məsələri və xarici əlaqələri həyata keçirəcək. Nazirlər və komitə sədrləri ilə bağlı fərdi şəkildə qərarlar veiləcək. Ən maraqlı məqam baş nazirin kimliyi ilə bağlıdır. Mənbənin məlumatına görə, bununla bağlı hələ tam aydınlıq yoxdur. Ancaq bu posta əsas namizəd kimi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov əsas namizəd hesab olunur. Onun namizədliyini dəstəkləyənlər bu şəxsin çox müsbət imicə malik olmasını əsas gətirirlər. Eyni zamanda İnam Kərimovun rəhbərliyi altında "ASAN xidmət”in əldə etdiyi uğurlar da bu şəxsin şanslarını artırır. Belə görünür ki, iqtidarın yüksək dairələrində Nazirlər Kabineti sırf icra orqanı kimi nəzərdə tutulur. Belə bir qurumun rəhbərliyinə isə indiki zamanda İnam Kərimovdan daha uyğun namizəd ola bilməz. Baş nazir əvvəlki kimi siyasi post deyil. Buna görə də iqtidardaxili qruplar bu posta can atmırar. İqtidardaxili qruplar əsasən vitse-prezidentlik postu uğrunda mübarizə aparırlar və baş nazir postuna maraq göstərmirlər. Bütün bunlar isə İnam Kərimovun xeyrinə olan məqamlardır. Belə görünür ki, ilk dəfə real struktur islahatlar başlaya bilər. Eyni zamanda bu ilk kadr islahatları da ola bilər.

 

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti