8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Nikita Kovalenko, Yuri Zaynaşev
vz.ru, 27.09.2017
Təzəcə müstəqilliyə səs vermiş İraq kürdləri, deyəsən, öz referendumlarının nəticələrini qüvvə ilə qorumalı olacaqlar. Bu isə, öz növbəsində, Yaxın Şərqdə birbaşa Suriya sərhədinin yaxınlığında müharibə təhlükəsi yaradır. Bağdad kürdlərin məskunlaşdığı əyalətlərə qoşun yeritmək hədəsini yerinə yetirəcəkmi və kürdlər buna qarşı nə qoya bilərlər?
İraq parlamenti çərşənbə günü hökumət başçısı Heydər əl-Abadiyə Kərkük əyalətinin şimal hissəsinə qoşun yeritmək icazəsi verib. Doğrusu, heç bir özəl icazə də tələb olunmur, çünkin Kərkük formal olaraq İraqın tərkib hissəsidir. Amma bu addım faktiki olaraq müharibə demək ola bilər –bu dəfə İŞİD-i darmadağın etməkdə Bağdada təzəcə yardım göstərmiş kürdlərlə. Bax, əl-Abadi buna görə sığortalanmaq və deputatların dəstəyini qazanmağı qət edib.
Sənəddə deyilir: "Silahlı güclərin Ali baş komandanına İraqın birliyini və vətəndaşların müdafiəsini təmin etmək üçün bütün konstitusion və qanuni tədbirlər görmək, güc strukturlarına bütün mübahisəli bölgələrə, o cümlədən Kərkükə qayıtmaq və yerləşmə əmri vermək bir vəzifə olaraq tapşırılır”.
"Kürdüstan-24” telekanalı xəbər verib ki, baş nazir əl-Abadi artıq kürd könüllü yığmasından Kərkükü tərk etməyi tələb edib.
"Ordunun gəlişinə ehtiyac yoxdur, ordunun girişinə yol verməyəcəyik, –Kərkük qubernatoru Nəcməddin Kərim baş nazirə artıq etiraz edib. – Ordu Mosul, Həvicə, Ramadi kimi bölgələrdə olarkən onun vəziyyətindən, İŞİD dəstələri ortalığa çıxarkən necə yoxa çıxdığından xəbərdarıq”.
Kərim əlavə edib ki, bölgə özünün təhlükəsizlik güclərinə güvənir.
Məlum olduğu kimi, hələ 2014-cü ildə nizami qoşunlar "xilafət” dəstələrinin basqısı altında Kərkükü atarkən peşmərgə (kürd könüllü yığması) oranı tutub. "İnterfax”-ın xatırlatdığı kimi, bu əyalət Kürdüstanın tərkibinə daxil deyil, amma burada xeyli kürd yaşayır, buna görə Kürdüstanın müstəqiliiyi haqda bu yaxınlardakı ümumxalq səsverməsi orada da baş tutub.
İraq parlamenti də ölkə Təhlükəsizlik Şurasının müstəqillik haqda referendum təşkilatçılarını, o cümlədən muxtariyyət başçısı Məsud Bərzanini həbs etmək qərarını alqışlayıb.
Ərbil Bağdada qarşı – qüvvələr, təxminən, bərabərdir
Kürd könüllü yığmasının İraq nizami qoşunlarına qarşı şansları necədir? Peşmərgənin ən nüfuzlu komandiri – bölgə başçısının qardaşı oğlu, general Sirvan Bərzani bu günlərdə RİA "Novosti”-yə bildirib ki, perşmərgədə 150 min nəfər xidmət edir. Silahlara gəlincə, Bərzani deyib ki, könüllülər texnikanın bir qismini, o cümlədən Amerikanın bütün yollarda gedən 12 "Hamvi”sini İŞİD-in əlindən alıblar. O, etiraf edib: "PDM-lər və bir miqdarda köhnə tanaklar – 62 və 55 (T-62 və T-65) var. Ağır silah da var, amma hamısı artıq tamamilə köhnəlmiş haldadır”.
Müstəqil analitiklər könüllüləri cüzi dəyərləndirirlər – 100 min nəfər. Yenə də qeyri-rəsmi məlumatlara görə, peşmərgə son zamanlar Rusiya, Amerika və alman istehsalı yeni silahlar da alır. Məsələn, kürdlər AFR-də bir neçə min G36 avtomatı əldə ediblər.
Kürdlər istənilən halda nizami orduya ya bərabər, ya da hətta üstələyən qüvvəyə malikdirlər. Hesab olunur ki, İraq baş naziri şiə könüllü yığması və iranlı könüllülər də daxil olmaqla Mosula hücuma 85 min nəfər yığa bilib.
Hərbi ekspert Viktor Muraxovski kürd torpaqlarına qoşun daxil edilməsi cəhdlərini istisna etmir, lakin bu cür ehtimalı cüzi qiymətləndirir. Muraxovski güman edir ki, əgər qoşun yeridilsə, onda birinci növbədə hər şeydən öncə neft və qaz resurslarının, həmçinin kommunikasiyaların – aeroport, yol şəbəkələri və s.-in aid olduğu əsas obyektlər üzərində nəzarətin təşkilinə cəhd edəcəklər.
"Amma düşünmürəm ki, Kürdüstan İraq qoşunlarının girişinə sakit baxacaq, – ekspert qeyd edir. – Anlamaq lazımdır ki, o, artıq özünün silahlı qüvvələrinə sahibdir. Əsasən, Qərb ölkələrindən tədarük edilən silahla təchiz olunmuş ciddi hərbi struktur sıralanıb. Güman etmirəm ki, kürdlər quru qruplaşmalarının silahlanması üzrə hökumət qoşunlarından geri qalır. Yeganə budur ki, onların aviasiyası və HHM vasitələri yoxdur”, – deyə Muraxovski ağzından qaçırır və əlavə edir: "İraq ordusunun hissələri döyüş imkanlarına görə çox güclü şəkildə fərqlənir. Mosulu götürənlər kimi zərbə bölmələri var. Amma bunlar ciddi itki veriblər. İraq quru qoşunlarının əsas kütləsi isə, yumşaq deyilsə, yüksək döyüş bacarığına malik deyil”.
Həm də başlıca məsələlərdən biri motivləşmədir. Muraxovski qeyd edir: "Ehtimal ki, xüsusi bölmələr və elit diviziyalar əmri yerinə yetirə bilər. Ordunun böyük hissəsi isə ərazi qoşunlarına aiddir, onlar isə harasa şimala, Kürdüstana gedərək ölmək arzusu ilə alışıb yanmırlar”.
O, "Vzqlyad” qəzetinə bildirir: "Sırf hərbi baxımdan İraqın hansı qüvvələrlə Kürdüstan üzərində tam nəzarətə nail ola biləcəyini görmürəm”.
Əl-Abadinin özünün durumu qərarsızdır
Muraxovski siyasi yönə də toxunur: "Güman etmirəm ki, əhalinin əksəriyyəti Bağdad hökumətini müdafiə edir”.
İraq muxtariyyəti hakim Kürdüstan Demokartik Partiyasının (Bərzani də bu partiyaya aiddir) MDB təmsilçisi Xoşavi Babəkr "Vzqlyad” qəzetinə bildirib: "İraqın daxilindəki əhalinin çoxu kürdlərlə müharibəyə köklənməyib. Artıq dəfələrlə sübut olunub ki, kürd xalqı özünü qorumağı bacarır”.
"Bundan başqa, Kürdüstanın bütün sakinləri silahlanıb. Kürdlərdə çox yüksək döyüş ruhu var, halbuki İraq ordusunda çox zəifdir. Orada muzdlular xidmət edir, pula görə vuruşurlar”, – deyə kürd emissar "Vzqlyad” qəzetinə bildirərək əlavə edib: "Peşmərgə, konstitusiyaya əsasən, İraq ordusunun bir hissəsi sayılır, İraq qoşunlarının isə icazəmiz olmadan Kürdüstana girmək hüququ yoxdur”.
Düşünməyə üç gün
Xatırladaq ki, Bağdad bu ərəfədə Kürdüstan rəhbərliyi qarşısında ultimatum qoyub: hər iki yerli aeroportu – Kürdüstanda yerləşən Ərbil və Süleymaniyyə aeroportlarını, həmçinin muxtariyyətin İran və Türkiyə sərhədlərindəki nəzarət-buraxılış məntəqələrini (NBM) 72 saat ərzində onun tabeliyinə vermək. Eyni zamanda aeroportlardan bütün beynəlxalq uçuşlar cümə günündən qadağan olunur.
Ankara isə sərhədin özünə aid tərəfində manevrlər elan edib, İraqdan da hissələr iştitak üçün gəlib. İraq hərbçiləri nəzəri olaraq öz ölkələrinin ərazisinə Türkiyə tərəfdən girə və sərhəd NBM-i tuta bilərlər.
Lakin, görünür, təhdidlərin Ərbilə təsir etmədiyini dərk edən Bağdad ahəngi yumşaltmağa başlayıb. əl-Abadi çərşənbə günü axşam bildirib ki, ixtilafı güc yoluyla həll etmək niyyətində deyil. Amma çətin ki kimsə zamin durar ki, bu bəyanat özəl əməliyyat qabağı tüstü pərdəsi deyil.
Bu arada kürdlər sövdələşməyə hazırdırlar: müstəqillik haqda mübahisədə xırda pul, məsələn, neftli Kərkükün taleyi ola bilər. "Referendum o cümlədən bu mübahisəli ərazilərdə də keçirilib. Və hətta bu mübahisəli ərazilər də İraqın deyil, Kürdüstanın tərkibində olmaq fikrini bildirib, – Babəkr bildirib. – Amma bu məsələni dialoq prosesində müzakirə edə bilərik. İraq buna getsə, biz hazırıq”.