8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İraq kürdüstanı prezidenti Məsud Bərzani Ərbildə islam alim və vaizləri qarşısında çıxış edərək bildirib ki, "İraqın kürd bölgəsinin bütün etnik və dini komponentləri bu il sentyabrın 25-də müstəqillik üzrə referendum keçirmək haqda qərar qəbul edib və bu plan təxirə salına və yaxud ləğv edilə bilməz”.
Bərzani bu zaman yada salıb ki, müstəqilliyə çağırış Bağdad üçün yeni deyil: kürdlər artıq İraq hökumətinə xəbərdarlıq ediblər ki, "Konstitusiya pozuntusu davam edəcəyi halda Kürdüstan İraqdan imtina edəcək”.
Məsələ Ərbilin hadisələri niyə məhz indi sürətləndirməyindədir. Duyum yaranır ki, İraq kürdləri İŞİD-in məğlub olacağını nəzərə alıb cihadçılarla və daha geniş mənada "terrorçular”la sonrakı mübarizədə gərəksiz olmaqdan əndişələnirlər. Xüsusən də strateji önəmli Mosul şəhərinin islamçı döyüşçülərdən azad edilməsi və bandit birləşmələri qalıqlarının ölkədən qovulması prinsipcə Bağdada dövlətin bərpası, sünni və kürdləri, ola bilsin, azlıqları geniş şəkildə cəlb etməklə, heç olmasa, koalisiya hökuməti formalaşdırmaqdan ötrü parlament seçkiləri keçirməyə girişmək imkanı verir.
Burada önəmli çalarlar var. İddia olunur ki, Tehran Bağdadda istisnasız şiə hökumətin saxlanmasında maraqlıdır – bu ona Tehran-Bağdad-Dəməşq-Beyrut şiə oxunu nəzarətə almaq və sonra Yəmən, Bəhreyn, Səudiyyə Ərəbistanı və başqa ərəb ölkələrində şiə icmalarının fəaliyyətini fəallaşdırmaq yoluyla şiə ayparasını qapamaq imkanı verir. Onda bu məntiqə əsasən İraqın şimalında müstəqil kürd dövlətinin qurulması sanki İranın planlarını alt-üst edir. Amma budur, İŞİD-ə qarşı beynəlxalq koalisiyada ABŞ prezidentinin özəl təmsilçisi Brett Makqerk bildirib ki, "İraq Kürdüstanı müstəqilliyi haqda referendum keçirməyin vaxtı deyil”.
Onun fikrincə, əvvəlcə İŞİD-in simasında ümumi düşmən üzərində qəti qələbə çalmaq lazımdır ki, bunda da ABŞ, Türkiyə, İran, Suriya və İraqın maraqları paradoksal şəkildə üst-üstə düşür. Hamı anlayır ki, 2003-cü ildə ölkənin ABŞ və müttəfiqlərinin qoşunları tərəfindən işğalından sonra İraqın faktiki olaraq üç zonaya – kürd, sünni, şiə – parçalanması bir məsələdir, İraqın referendum vasitəsilə parçalanması təkcə Suriya üçün deyil, həm də kürdlərin yaşadıqları İran və Türkiyədə də örnək olacağı tamamilə başqa bir məsələdir. Nəticədə İraqın bərpası əməliyyatının həyata keçirilməsi üçün – bu ən önəmli xarici oyunçuların Yaxın Şərq geopolitik gündəliyindədirsə – Suriya deyil, ətrafında hər şeyin fırlanmağa başlayacağı ox ölkə məhz İraq olarkən müəyyən şərtlər zəruridir.
Bu fakt da kəskinlik əlavə edir ki, referendumu "mübahisəli” deyilən ərazilərdə, o cümlədən neftlə zəngin, formal olaraq mərkəzi hökumətin tabeliyindəki Kərkükdə də keçirmək planlaşdırılır. Buna görə də belə ola bilər ki, Bağdad və Ərbilin İŞİD-üzərində elan edilmiş "ümumi” qələbəsi Bağdadla Ərbil, daha dəqiqi, şiələrlə kürdlər arasında birbaşa hərbi münaqişəyə, həmçinin şiələrlə sünnilərin münasibətlərində yeni kəskinləşməyə səbəb ola bilər. Bu, İraqdakı mübahisəli ərazilər problemini "zəncirvari geopolitik reaksiya” effekti ilə beynəlxalq araşdırmalar səviyyəsinə çıxardar. İraq Kürdüstanının bu yönlərdə öz diplomatiyasını fəallaşdırmağı təsadüfi deyil. Prezident Bərzani artıq xarici dövlət başçıları və başqa rəsmilərlə bir sıra görüşlər keçirib. Muxtariyyətin baş naziri Nəçirvan Bərzani isə iyunun 1-də Peterburqda keçirilən beynəlxalq iqtisadi foruma qatıldığı Rusiyada olub və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Eyni zamanda Rusiya XİN başçısı Sergey Lavrov bu təmasları şərh edərək özəl vurğulayıb ki, "Rusiya və Kürdüstanın qarşılıqlı fəaliyyəti İraq mərkəzi hökumətinə məlumdur, bu cür əməkdaşlıq Konstitusiya çərçivəsindən kənara çıxmır”.
ABŞ dövlət katibi Reks Tillerson telefon söbhəti zamanı Məsud Bərzanidən səsverməni təxirə salmağı xahiş edib, o isə rədd cavabı verərək bildirib ki, daha yaxşı alternativlər görmür. Ərbil eyni zamanda uzun mübahisələrin həllini tapmaqdan yana danışıqlar üçün Bağdada heyət göndərməyi qət edib. "Dəyişikliklər uğrunda hərəkat” (Qorran) kürd patiyası isə rəsmən muxtariyyət rəhbərliyini "düzgün zaman və şərait” meydana çıxanadək müstəqillik referendumunu təxirə salmağa çağırıb. Lakin İraq Kürdüstanının öz müqəddəratını təyin etmək haqda referendum keçirmək kontekstində İraqda və bütünlükdə bölgədəki durumu müzakirəyə çağırmaqda bütün diplomatik səyləri hələlik starta hazırlıq səviyyəsindədir: xarici oyunçular bölgədə hadisələrin bundan sonrakı inkişafını gözləyirlər.
Hələlik isə qeyd edək ki, Yaxın Şərqdə yeni dövlətin qurulması və bina edilməsi onun təkcə beynəlxalq tanınma və yaxud tanınmamaq məsələsi ilə bağlı xeyli problemlərə calanıb. Hər şeydən əvvəl anlamaq zəruridir ki, söhbət bölgədə ərəb İraqı sayılan dövlətin parçalanması yoluyla daha bir qeyri-ərəb dövlətinin meydana çıxacağından gedir. Kürdlərin müttəfiqi obyektiv şəkildə türklər ola bilərdi, amma bu, Türkiyənin özünün parçalanması riskinə bağlıdır. Buna görə də ehtiyat ssenari də səsləndirilir – buna əsasən, əslində, İraq Kürdüstanı müstəqilliyi haqda referendum sentyabrda baş tutmalı olan parlament seçkiləri keçirmək və kürdlərin rəqiblərinin hakimiyyətə gəlişinə yol verməmək üçünyeni koalisiya hökuməti yaratmaq qəsdilə Ərbilə Bağdad arasında sövdələşmə elementidir.
Ankara bu cür bölüşümdə İranla qarşıdurmaya girişməklə hələ də Ərbilin tərəfində görünməyə qabildir, çünki ona sərf etmir ki, Kərkük neft yataqları ilə birlikdə İranyönlü Bağdadın əlinə keçsin. Bölgədəki çoxgedişli kombinasiyalar və pərdəarxası intriqalar və başqa siyasi oyunlar da buradan qaynaqlanır – nəticədə kimsə "xırda pul” çıxa bilər. Axı söhbət təkcə İraq Kürdüstanının statusundan deyil, həm də dünyanın neftlə ən zəngin rayonlarından birinə nəzarətdən gedir.
Stanislav Tarasov
regnum.ru