"ƏLƏ KEÇİRİLMƏSİ MÜMKÜN DEYİL" DEYİRDİLƏR - TÜRK HƏRBÇİSİ ORA DAXİL OLDU

"ƏLƏ KEÇİRİLMƏSİ MÜMKÜN DEYİL" DEYİRDİLƏR - TÜRK HƏRBÇİSİ ORA DAXİL OLDU

 

 Afrin yaxınlığında yerləşən Bülbül məntəqəsini ələ keçirən Türkiyə hərbçiləri məktəblərin birində yerləşən Öcalanın şəkillərini aşağı endirib. Məktəblərin divarlarında qondarma Kürdistanın xəritəsi olan şəkillər və Öcalanın posterləri asılıbmış.

TSQ Afrin şəhərinin yaxınlığındakı Bülbül qəsəbəsini ələ keçirib. Qəsəbədəki bir məktəbin divarlarından asılmış Abdullah Öcalan posterlərini təmizləyən türk hərbçiləri "Alınmaz adlanan Bülbüldəyil” deyərək təşkilatın Afrindəki izlərini göstəriblər.

Böyük bir ruh yüksəkliyi ilə yoluna davam edən TSQ Afrin yaxınlığındakı Bülbül qəsəbəsinə çatıb. Türkiyə hərbçilərinin Bülbül qəsəbəsindəki bir rəsmi idarədə apardıqları araşdırma zamanı divarlardakı qondarma "Böyük Kürdistan” xəritəsi və Abdullah Öcalanın şəkillərini endirdilər. Türkiyəli komandirin araşdırması anbaan cib telefonuna qeyd edilib. Azad Suriya Ordusu üzvlərinin apardığı çəkilişdə hərbçilərin ovqatının yüksək olduğu görünür.



Oxşar Xəbərlər

Xəbər lenti