İdlibə nəzarət tamamilə türk hərbçilərin əlindədir – Növbəti hədəf terrorçuların ağalıq etdiyi Afrin və Menbiçdir

İdlibə nəzarət tamamilə türk hərbçilərin əlindədir – Növbəti hədəf terrorçuların ağalıq etdiyi Afrin və Menbiçdir

 

Hava limanlarına nəzarət Türkiyənin regiondakı gücünü artıracaq

Türkiyə İdlib atəşkəs bölgəsini terrorçu ünsürlərdən təmizləmək üçün başladığı strateji əməliyyatı davam etdirir. Türkiyə hərbçiləri terror ünsürlərini küncə sıxışdıracaq bütün strateji nöqtələrə yerləşməkdədirlər.

Sahəyə nəzarət tamamilə türk hərbçisinin əlindədir

Türkiyə İdlib-Afrin sərhəd xəttinin sıfır nöqtəsində olan və iki rayonda strateji üstünlük təmin edəcək əm mühüm məntəqə olan Cebel Bərəkət dağında hərbi yerləşməni tamamlayıb. Bununla da İdlib ərazisinə nəzarət tamamilə türk əsgərinin əlinə keçib, həm də Afrinin cənub sərhədində hərbi qalxan yaradılıb.

İdlibdə yerləşən Əbu Zühur və Taftanas hərbi hava limanlarını nəzarət altına alaraq hərbi təyyarələrin təhlükəsiz uçuşunu təmin edəcək.

Türkiyənin qüvvəsini artıracaq

Türkiyə Əbu Zühur və Taftanas hərbi hava limanlarını nəzarət altına aldıqan sonra öz hərbçilərini burada yerləşdirməyə başlayıb. Burada təmin ediləcək hərbi üstünlük və hərbi təyarələrin təhlükəsiz şəkildə enib-qalxması regionda Türkyəni daha da qüvvətləndirəcək.

Digər tərəfdən də hərəkatın ikinci və üçüncü addımı olacaq Afrin və Menbiç əməliyyatlarında da bu strateji nöqtələr böyük əhəmiyyət daşıyacaq.(Hurriyyet.org)




Oxşar Xəbərlər

Xəbər lenti