8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyə ordusu Suriyanın Afrin bölgəsində yerləşən və strateji əhəmiyyət daşıyan Burseya dağını PKK terrorçularından təmizləyib.
Xəbəri "Anadolu" yayıb.
Bildirilir ki, gecə saatlarında başlayan əməliyyat az əvvəl başa çatıb. Türkiyə Silahlı Qüvvələri və müxalif "Azad Suriya Ordusu" (ASO) bu ərazidə yerləşən PKK və PYD-ə məxsus hədəfləri bombalayıb.
Burseya dağı Afrin şəhərinin şimal-qərbində yerləşir. Beton qüllələr və sığınacaqların yaradıldığı bu dağdan PYD/YPG Türkiyənin sərhəd şəhərlərini və Suriyada müxalif "Azad Suriya Ordusu”nun nəzarətində olan Azez şəhərini atəşə tuturdu.
***13:35
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı Afrin bölgəsində keçirdiyi "Zeytun Budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb.
Bu barədə "Anadolu" agentlliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, gecə saatlarında 7 hərbi təyyarə PKK, PYD, YPQ və İŞİD-ə məxsus bir neçə sığınacağı, silah-sursat anbarını və atəş nöqtələrini məhv edib.
Bundan əlavə, PKK, PYD, YPQ və İŞİD-ə məxsus daha 37 terrorçu zərərsizləşdirilib. Beləliklə, hərbi əməliyyat başlayandan zərərsizləşdirilən terrorçuların sayı 484 nəfərə çatıb.
***10:38
Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Afrin bölgəsində PKK, YPG və İŞİD terrorçularına qarşı aparılan "Zeytun budağı” əməliyyatı çərçivəsində yanvarın 27-də terror təşkilatlarına məxsus 42 obyekti və 53 terrorçunu məhv edib.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb.
"Şənbə günü Suriyanın Afrin rayonunda "Zeytun budağı" əməliyyatı çərçivəsində ən azı iki türk hərbi qulluqçusu həlak olub, daha 11-i isə yaralanıb", - deyə bəyanatda bildirilir.
Qərargah qeyd edir ki, əməliyyat çərçivəsində indiyədək 447 terrorçu öldürülüb.
Məlumatda o da bildirilir ki, əməliyyatda iştirak etmiş 22 təyyarənin hamısı bazalara qayıdıb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.