11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
"Hazırda ABŞ və Türkiyə Qərbi Asiyada savaşın iki qütbündə yer alır. Digər ölkələr bu qütbləşməyə görə mövqe tuturlar”.
Sozcu.info publika.az-a istinadən xəbər verir ki, bu fikirlə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek ("Dərin dövlət”in adamı olaraq tanınır – red.) "Aydınlıq” qəzetində dərc etdiyi yazısında çıxış edib.
Partiya sədri bununla da Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin müavini Öztürk Yılmaza cavab verib. Suriyanın şimalındakı döyüşü ABŞ-Rusiya döyüşü kimi xarakterizə edən Ö. Yılmazın sözlərinə görə, onlar Türkiyə üzərində qarşı-qarşıya gəliblər.
"Türkiyənin Vətən Savaşının qarşısındakı güc Amerika imperializmidir. Silahlandırdığı və hər sahədə dəstəklədiyi əlaltılarını Türkiyənin üzərinə göndərib. Gəldiyimiz nöqtədə ABŞ-ın əsas düşməni nə Rusiya, nə İran, nə də Suriyadır, ABŞ-ın əsas hədəfi Türkiyədir. ABŞ Türkiyənin müttəfiqləri olan ölkələri belə Türkiyəyə qarşı istifadə etməyə çalışır”, - D. Perincek bildirib.
Onun sözlərinə görə, "Bu döyüş ABŞ-Rusiya döyüşüdür” təbliğatı aparanlar türk millətini Vətən Savaşından uzaqlaşdırmaq istəyirlər.