8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mona Alami
"Əl-Monitor”
Bağdad seçki kampaniyası ərəfəsindədir, mayın 12-də İraqda parlament seçkiləri keçiriləcək. Namizədlərin böyük posterləri İŞİD-lə mübarizədə şəhid olan İraq Silahlı Qüvvələri və "Xalq Səfərbərlik Qüvvələri” (XSQ – "Haşdi-Şəabi”) üzvlərinin şəkilləri ilə yanaşı durur.
"Fəth” koalisiyasında iştirak edən, "Haşdi-Şəabi” kimi tanınan XSQ-nun tanınmış simaları, 2017-ci ilin dekabrında İŞİD üzərində qələbə ilə, yarışın ön plandadırlar.
"Əl-Monitor”a açıqlama zamanı XSQ-nin törəməsi olan "Əsaib Əhli Əl-Haqq”ın sözçüsü Naim əl-Abudi İŞİD-lə mübarizənin ardından seçkilərin və qrupun təkamülündən danışıb.
Abudi Bağdaddakı "Əsaib Əhli-Haqq” qərargahında söhbət əsnasında deyib: "Seçkilər yerli, regional və ya beynəlxalq səviyyədə böyük maraq doğurub. Çünki o, dövlət quruculuğu və yenidənqurma prosesinin yeni mərhələsi üçün baza yaradacaq.
2018-ci il seçkiləri 2014 və ya 2010-cu il seçkilərindən çox fərqlənir, çünki İŞİD üzərində qələbə mərhələsindəyik. İqtisadiyyat və xidmət sektorları ilə bağlı bəzi problemlər olsa da, dövlətin asayişi sabitləşdirmək üçün səy göstərməsi etibar doğurub.
Böyük seçki koalisiyaları arasında, sorğular əsnasında, böyük fərq olmayacaq, amma "Fəth” parlamentdəki yerlər uğrunda baş nazir Heydər əl-İbadinin başçılığı ilə, "Nəsr” koalisiyası ilə rəqabət aparacaq.
"Əsaib Əhli-Haqq”ın təmsilçisi Ənbar vilayəti və Şimali İraqı istisna olmaqla, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən namizədlərinin dəstəklədiyini qeyd edib.
"Fəth” koalisiyası hazırda "Bədr” təşkilatının rəhbəri Hadi Əl-Əmirinin baş nazir seçilməsinə çalışır. Parlamentə təmsilçilər seçildikdən sonra, onlar öz növbəsində İraq prezidenti və baş nazirini seçəcəklər.
"İlk seçimimiz Mücahid Seyyid Əmiridir”, – deyən Abudi bildirib ki, İbadinin namizədliyinin dəstəklənməsində qərarsızdır: "İkinci seçimin kim olacağını demək çox tezdir”.
2014-cü ildən baş nazirlik vəzifəsini icra edən İbadi ordunun yenidən qurulması və İŞİD-in məğlub edilməsi ilə tanınır. Yanvar ayında İbadi "Nəsr” blokunun rəhbəri olaraq təkrar seçilmək istədiyini açıqlayıb və bu blokun da tərkibinə XSQ üzvlərini daxildir.
"Fəth” koalisiyasının bir qaynağı anonimlik şərtiylə deyib ki, İranın "Qüds” qvardiyasının komandanı Qasim Süleymani bu koalisiya və Kürdistan Demokratik Partiyası ilə İbadinin baş nazir mövqeyini dəstəkləməməsi mövzusunda razılığa gəlib.
XSQ liderlərinin parlamentdə əksəriyyətinin təmin olunmasına güvənməsi İŞİD-lə mübarizədədən sonra təşkilatın artan populyarlığından qaynaqlanır.
"Haşdi-Şəabi” 2014-cü ildə Mosulun ələ keçirilməsindən sonra İraqın ən görkəmli şiə müctəhidi Ayətullah Əli Sistani tərəfindən verilmiş bir fətvadan sonra terrorla mübarizə məqsədilə yaradılıb.
Abudinin sözlərinə görə, "Əsaib Əhli-Haqq” İŞİD-lə müharibədə 700-dən çox döyüşçüsünü itirib. O qeyd edib ki, 2014-cü ildən "Əsaib Əhli-Haqq” XSQ üzvlərinə təlim keçib.
İraqda ABŞ işğalı ilə mübarizə aparan bir milis qrupu olaraq təməli atılan bu siyasi təşkilat, ictimai paylaşma proqramını əhatə edən böyük şəbəkəyə çevrilib.
Abudi deyib: "Dini mədəniyyətin yaradılması və insanların daha çox şüurlandırılması baxımından əhəmiyyətli olduğuna görə məktəblər və universitetlər qururuq”.
"Əsaib Əhl-Haqq” liderləri hər şəhid ailənə ev və ya in ev tikməsi üçün torpaq sahəsinə sahib olması lazım olduğuna qərar verib. "Biz bu işdə uğur qazandıq və bu ilin sonuna qədər bu hədəfə çatacağıq ", – deyə Abudi əlavə edib.
Təşkilatın lideri Şeyx Qais əl-Xəzali ilə birlikdə şəhid ailələrinə tez-tez baş çəkir.
"Əsaib Əhli əl-Haqq” təmsilçisi deyir: "İraqın gələcək sabitliyini və təhlükəsizliyini təmin etmək üçün növbəti baş nazir iki əhəmiyyətli məsələni həll etməlidir. Birincisi, 120 mindən artıq döyüşçünün maaşı təmin edilməlidir. İkincisi, XSQ-dəki hərbi qulluqçuların hərbi rütbələri saxlanmalı və XSQ-yə kənardan yeni zabitlər gətirilməməlidir”.
Tələblərindən biri də yeni parlamentin İraqda hər hansı bir beynəlxalq iştirakı rədd etməsidir. Abudi vurğulayıb: "Amerikanın rolu çox mənfidir və biz hər hansı beynəlxalq mövcudluğu, İraqda hərbi bazalar və ya məsləhətçiləri istəmirik. Bu, xalqın arzusudur”.
Tərcümə: Strateq.az