8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
rosbalt.ru, 13.05.2018
İran və Avrasiya İqtisadi Birliyi mayda azad ticarət zonaları (ATZ) yaratmaq haqda saziş imzalayacaq. İİR xarici işlər naziri Məhəmməd Cavad Zərif hesab edir ki, ATZ-nin formalaşmasının "tamamilə vaxtıdır və İrana, Rusiyaya qarşı Amerika sanksiyaları tətbiq edilərkən şəraitə əsaslanır”.
Zərif Rusiya XİN başçısı Sergey Lavrovla görüşdə şikayətlənib ki, sanksiyalar Qərbin maliyyə, texnologiya, sənaye və digər bazarlarına çıxışı xeyli çətinləşdirir, bizi iqtisadi əməkdaşlıq və xarici ticarətin artımı üçün "başqa imkanlar aramağa vadar edir”. İran naziri hesab edir ki, yaradılan ATZ-lər ölkəsinin Rusiya və AİB-in bütün dövlətləriylə birbaşa əməkdaşlığını gücləndirəcək.
Qazaxıstan milli iqtisadiyyat naziri Timur Suleymenovun məlumatına görə, birliyin bütün dövlətləri – Qazaxıstanın özü, Rusiya, Belarus, Qırğızıstan və Ermənistan – sazişi imzalamağa hazırlığı artıq başa çatdırıb və tez bir zamanda Astanada AİB-in iqtisadi forumunda rəsmən sənədləşdiriləcək.
Xatırladaq ki, azad ticarət zonası artıq Vyetnamla işləyir və habelə Hindistan, Sinqapur, Misir, İsrail, bir sıra başqa ölkələrlə yaradılması haqda danışıqlar aparılır. Bu bildirir ki, Vyetnam təcrübəsi baş tutub. AİB dövlətlərilə Vyetnam arasında mal dövriyyəsi, haradasa, bir il ərzində 12% çoxalıb, özü də "artım”ın 90%-i Rusiya-Vyetnam ticarətinə, 10%-i Qazaxıstan və Belarusun payına düşür. Gördüyümüz kimi, AZT-dən "qaymağı” hələlik ancaq bu üç ölkə yığır: ehtimal ki, Ermənistan və Qırğızıstan iqtisadiyyatlarının depressivliyi üzündən.
İranla AZT-yə gəlincə, saziş əvvəlcə dörd il müddətinə imzalanacaq. İİR ixracat baxımından daha çox maraq doğuran mal siyahısının 502 "kod”u üzrə tarif güzəştləri əldə edəcək. Bununla belə, gözlənilir ki, "zona” Avrasiya Birliyi dövlətlərinə öz məhsullarının ixracat həcmini 75 faiz artırmaq imkanı verəcək. Amma bu, bütünlükdə quruma aiddir. Konkret ölkələrdən danışılsa, azad ticarət zonasından daha çox yenə də Rusiya və Qazaxıstan uda bilər. Suleymenov xüsusən də proqnozlaşdırır ki, İrana Qazaxıstan ixracatı 30 dəfədən çox yüksələcək.
İranla AİB dövlətləri arasında mal dövriyyəsinin səviyyəsi indiki anda yetərincə cüzidir – 2017-də birlik iştirakçılarının İİR-in bütün xarici ticarət dövriyyəsindəki payı cəmi 2% təşkil etməklə hətta milyardyarım dollara da çatmayıb. Bunun böyük hissəsini Rusiyadan ixracat təşkil edib. Bununla yanaşı, İranın Çin və AB ölkələrilə mal dövriyyəsi uyğun olaraq 40 və 13 milyard dollara yaxınlaşıb. Və, indi, budur, ABŞ-ın sanksiyaları və "dünya didərginləri”nə münasibəti "sayəsində” Rusiya və İranın təkcə siyasi yaxınlaşmasının temp və miqyası artmır, eləcə də həm ikitərəfli, həm də çoxtərəfli formatda iqtisadi imkanların yeni "pəncərələri” açılır.
İran AİB dövlətlərinə əsasən kənd təsərrüfatı, əczaçılıq və neft-kimya məhsulları və neft ixrac edir, polad və ağac məmulatları, taxta, Rusiyadan həm də taxıl, hərbi təyinatlı məhsul idxal edir. Məlum olduğu kimi, RF İranla energetika, neft və qaz kəşfiyyatı və hasilatı sahəsində fəal əməkaşlıq edir ki, bu da, gözlənildiyi kimi, sonuncuya milyardlarla yatırım, Rusiyaya isə energetika bazarında güclənən mövqe gətirəcək. Amma İran neft-kimya texnologiyaları, müxtəlif avadanlıqları, müdafiə sənayesi məhsulları və s.-nin də İİR ərazisindən Orta Şərq dövlətlərinə çıxmaqla ixracatında maraqlı olan Qazaxıstan üçün taxıl və metal satışında çox böyük bazardır.
Beləliklə, İran AİB üçün önəmli tranzit ölkə statusu qazanır. Ümumiyyətlə, İranda birlik dövlətləri üçün "taxçalar” yetərincədir, amma onlarda olan malların siyahısı nəzərə alınmaqla bu, Rusiya və Qazaxıstan üçün daha böyük dərəcədə açıqdır. Yarımühasirədəki Ermənistana – AİB-in, az qala, ən yoxsul ölkəsinə gəlincə, onunn İranla ATZ-i bölgənin başqa ölkələrilə nəqliyyat əlaqələrini inkişaf etdirməyə imkan verir – axı onun birlik üzvlərilə ümumi sərhədi yoxdur. Əvəzində İranın hesabına nəqliyyat sahəsi və logistikanı bir qədər gəlişdirmək mümkündür.
Amm burası da var ki, güman etmirəm, Ermənistan bu mənada AİB-də olmayan Azərbaycanla rəqabətə tab gətirər. Lakin onun Ermənistan qabağında bir sıra üstünlükləri var – xüsusən də Bakının İİR ərazisində inşa etdiyi və 25 illiyə qonşu ölkəyə icarəyə verdiyi uyğun yük terminalıyla Astara (AR)-Astara (İran) dəmiryol qanadının inşasının tezliklə başa çatması. Yüklər buradan təkcə İranın daxili bazarına deyil, həm də Suriya və İraqa daxil ola bilər. Yəni Azərbaycanın malik olduğu nəqliyyat-logistika infrastrukturu İranın yüklərini, o cümlədən ATZ çərçivəsində Gürcüstan üzərindən və limanlarından təyinat yerinə qədər "qovmaq” gərəkəcək nəql olunan yükləri Ermənistandan qopara bilər.
ATZ kontekstində artıq son dərəcə önəmli bir durum bəllidir – İran-AİB əməkdaşlığının prioritet yönü dollarla deyil, rublla qarşılıqlı hesablaşmadır. Bu o qədər də genişmiqyaslı olmasa da, artıq başlanıb, lakin gözlənildiyi kimi, sonralar qarşılıqlı hesablaşmalarda rublun payı çoxalacaq. Ümumiyyətlə isə, İran dollar işlətməyi qadağan edib və burada indi avro "hörmətdədir”. İran habelə Türkiyə ilə qarşılıqlı hesablaşmaları milli valyutalarla həyata keçirməyə başlayıb. Bu tədbirlərin hamısı daxili bazarın sabitləşməsinə yönəlib, amma effekti tezliklə olmayacaq.
Ümumiyətlə, İran-AİB azad ticarət zonasının yaradılması məntiqlidir və təkcə "bizim Amerikaya cavabımız” təsəvvürünə görə sərfəli deyil – axı onun sanksiyalarından Avrasiya Birliyinin başqa iştirakçıları dolayısıyla olsa da, Rusiya və İran əziyyət çəkir. İran AİB dövlətlərinə 80 milyonluq böyük əhalisi, əzəmətli və yetərincə mənimsənilməmiş satış bazarı, yaxşı tranzit imkanlarıyla Avrasiya məkanının açar ölkələrindən biri kimi maraqlıdır. Bundan savayı, bu ölkə təbii qazın sübut edilmiş ehtiyatlarına görə dünyada ikinci yeri tutur ki, bu da onun bir çox baxımdan Birləşmiş Ştatlar və onun Yaxın Şərqdəkilər daxil olmaqla xüsusən zirək "müttəfiqləri” tərəfindən "nişana alınmasını” müəyyən edib. Bu cür çox şey vəd edən məkanda kök atmamaq sadəcə günahdır və AİB Rusiya və Qazaxıstanın "qayğıkeş başçılığıya” bunu da edir.
Tərcümə Strateq.az-ındır.