TRAMP ABŞ İLƏ AVROPA ARASINDAKI TARİXİ ORTAQLIĞI BİTİRDİ

TRAMP ABŞ İLƏ AVROPA ARASINDAKI TARİXİ ORTAQLIĞI BİTİRDİ

 

ABŞ ilə Avropa arasında II Dünya müharibəsindən sonra başlanan iqtisadi ortaqlıq bitdi

Sozcu.info  xəbər verir ki, G7 sammitində baş verən qalmaqal Avropanı sarsıdıb. ABŞ prezidenti Trampn sammitə gec gəlib yekun bəyanatını imzalamadan görüşü tərk eləməsi ABŞ ilə Avropa ölkələri arasındakı tarixi ticarət ortaqlığının da sona çatdığı kimi dəyərləndirib.

Dünyanın ən böyük yeddi iqtisadiyyatı olaraq tanınan G7-lərin ( ABŞ, Japoniya, Kanada, Almaniya, İtaliya, İngiltərə, Fransa) Kanadanın Şarlevua şəhərində həyata keçirilən Liderlər Sammiti böyük bir məyusluqla bitib. Sammit ABŞ-ın Qərbdəki tərəfdaşlarına qarşı əlavə gömrük vergilərinin kölgəsində başlayıb. Tərəflər iki gün boyunca özlərini çətin danışıqlara hazırlamışdılar. Lakin nəticə gözləniləndən də pis olub. ABŞ prezidenti Donald Tramp hələ görüşə gəlməzdən əvvəl sammiti tez tərk edəcəyini və Şimali Koreyanın lideri Kim Çen In ilə görüşmək üçün Sinqapura gedəcəyini açıqlayaraq G7 tədbirinə məhəl qoymadığına işarə vurub.

İmza atmadan gedib

Sammit boyunca eyni tərzdə davranan Tramp tədbirə bütün liderlərdən sonra gəlib. Ertəsi günü təşkil edilən qəlyanaltı tədbirinə də 17 dəqiqə gecikən Tramp bir çox liderlərlə vidalaşmadan G7 sammitini tərk edib. G6-lar sammitin sonunda yekun bəyannaməsini imzalayıblar. Bu bəyannamədə qlobal inkişafı dəstəkləyən tədbirlərdən tutmuş, cinsi bərabərliyin təmin edilməsinə qədər bir sıra qlobal əhəmiyyətə malik məsələdən bəhs edilib. ABŞ prezidenti D.Tramp isə razılaşmaya imza atmayıb, sammiti tərk elədikdən sonra isə "Tvitter”də mesaj yazaraq, sammitdə iştirak edən ABŞ nümayəndə heyətinin də sənədi imzalamayacağını bildirib.

"Fabrik yox, montaj mərkəzləridirlər”

Tram sammitdən sonra yaydığı "Tvitter” mesajlarında başda Almaniya olmaqla, Avropa İttifaqından olan avtomobil istehsalçılarını təhdid edərək deyib: "ABŞ bazarına daxil olan avtomobillərə gömrük vergisi məsələsini araşdırırıq”. Trampın iqtisadi müşavirlərindən olan Piter Navarro isə öz açıqlamasında, Almaniyanın avtomobil istehsalçılarının ABŞ-da müəssisələrinin olduğunu, lakin burada istehsal edilən maşınların yalnız 35%-nin ABŞ istehsalı olan hissələrdən hazırlandığını söyləyib. Navarro bu səbəbdən bu müəssisələrə fabrik deyilməyinin düzgün olmadığını, onları yalnız montaj mərkəzləri adlandırmaq lazım olduğunu deyib.

II Dünya müharibəsindən sonra ilk dəfə

Sammitdən çıxan nəticəyə görə, II dünya müharibəsindən sonra Amerika ilə qərbli tərəfdaşları arasında qurulan ortaqlıq paktı ABŞ-ın özü tərəfindən pozulmuş olub. Yeni quruluşun hansı formada olacağına dair hələlik, heç kimin aydın təsəvvürü yoxdur. ABŞ bu cür davranmağa davam edərsə, ABŞ, Aİ, Çin və Rusiya arasındakı vəziyyətin daha da gərginləşəcəyi narahatlıq doğurur.



Oxşar Xəbərlər

Xəbər lenti