ƏFQANISTANDAKI BARŞMAZ TƏRƏFLƏR BAKI DANIŞIQLARINA HANSI OVQATLA GƏLƏCƏK? –"Taliban"ı müzakirə masasına oturtmaq çətin olacaq

ƏFQANISTANDAKI BARŞMAZ TƏRƏFLƏR BAKI DANIŞIQLARINA HANSI OVQATLA GƏLƏCƏK? –"Taliban"ı müzakirə masasına oturtmaq çətin olacaq

 

Maykl Kuqelman

"Foreign Policy”

 

Son günlərdə Əfqanıstanda misilsiz inkişaflar dünyanın müharibədən ən çox ziyan görmüş ölkələrindən birinə yeni ümid gətirib. Əfqan hökuməti və "Taliban” Fitr bayramını qeyd etmək üçün ayrı-ayrılıqda qısa müddətli atəşkəs elan edib. Üç gün ərzində gülümsəyən əsgərlər, vətəndaşlar və "Taliban” döyüşçüləri, paytaxt Kabilin də daxil olmaqla, şəhərlərdə bayramlaşıb və bir-birinə sovqat paylayıblar.

"Taliban” liderliyi atəşkəsi uzatmaq barədə rəsmi Kabilin təklifini rədd etsə də, üç müxtəlif vilayətdə yerli vəzifəli şəxslər və üsyançılar arasında bu razılaşma əldə olunub.

Artıq təxminən 17 ildir davam edən müharibəni sona çatdırmaq üçün uzunmüddətli uzlaşma prosesinə başlamanın real fürsəti var. Ancaq hələ ki, bu coşquda sülh müqaviləsi uzaq perspektivdir. "Taliban”ın müzakirə masası arxasında oturması kifayət qədər çətin olacaq.

Onun ilk atəşkəs razılaşması üsyançıların sülhü dəstəkləməyə hazır olduğunu göstərir. Hətta bir neçə gün olsa da. Bir çox əfqan indi ilk dəfə sülh şəraitində yaşayır. Təxminən 17 illik müharibədən, beşillik "Taliban” hökmranlığından, bir neçə il qanlı vətəndaş müharibəsindən və uzun illərin sovet işğalından sonra ölkədə baş verən hadisələrin necə tamamlanacağına dair ilk müjdə…

Artıq böyüməkdə olan vətəndaş cəmiyyəti hərəkatını nəzərə alaraq, iştahanın diş altda olduğuna inanmaq üçün yaxşı bir səbəb var. Hətta bəzi "Taliban” döyüşçüləri jurnalistlərə müharibədən yorulduqlarını söyləyiblər. Bunlar diqqəti cəlb edir. Keçən il 32 üsyançı və "Taliban” tərəfdar ilə müsahibələr əsasında Birləşmiş Ştatların Sülh İnstitutunun hazırladığı yeni hesabatda əksinə, "Taliban”ın sıravi üzvlərinin döyüşü davam etdirmək istədiyi söylənilir.

Atəşkəsin populyarlığı Əfqanıstan prezidenti Əşrəf Qəninin qarşılaşdığı müxalifətə sədd çəkə bilər. Onun əvvəlki səyləri siyasi itki və ictimai dəstəyin yoxluğu ilə müşayiət olunmuşdu.

"Taliban” komandirləri isə indi ilk dəfə sülhlə qarşılaşan sıravi əsgərlərinin döyüşə dönmək tərəddüdü ilə üzləşə bilərlər. Bu, döyüş qabiliyyəti və institusional birliyə mənfi təsir göstərəcək. Nəticə etibarilə, "Taliban” liderlərinə danışıqları müzakirə etmək üçün təzyiqləri artıracaq. "Taliban” əvəzində, mübarizəni davam etdirmə ilə bağlı yalançı ritorika təklif edə bilər.

Keçmişdə üsyançılar qısa müddətli arxa kanal görüşləri keçiriblər. Ancaq müzakirə masasına hələ uzun bir yol var.

İyunun 20-də "Taliban”la atəşkəsin sona çatmasından üç gün sonra 30 əfqan əsgəri öldürülüb. İyunun 21-də 12 saatlıq müddətdə onlar üçdən çox təhlükəsizlik əməkdaşını qətlə yetiriblər. İyunun 22-də iki dinc sakinlə birlikdə daha 18 nəfər həlak olub. "Taliban” komandirləri öz döyüşçüləri üzərində səlahiyyətlərini yenidən bərpa etmək üçün bu hücumları sifariş verə bilərlər.

Əgər "Taliban” daha çox vətəndaşı hədəf almağa başlayırsa, – keçmişdə bu tez-tez həyata keçirilirdi, – ictimai rəy qaçaraq dəyişəcək. Yanvar ayında Kabilin mərkəzində təcili yardım maşınının partladılması kimi, istənilən sülh coşqusunu ləğv edəcək.

Bir uzlaşma prosesinin başlamaq üçün fürsət pəncərəsi açıq qala, ancaq hər an asanlıqla örtülə də bilər.

2018-ci ilin Fitr atəşkəsi 1914-cü ildəki Milad bayramında Qərb cəbhəsindəki Antanta silahlı qüvvələri və alman əsgərlərinin döyüşü dayandıraraq, hədiyyələr mübadiləsi aparmaqla, müasir versiyası halına gəlir. Bir ingilis əsgəri onu "qorxunc müharibədə qısa sülh” kimi təsvir edib. Əfqanıstanda son atəşkəs Birinci Dünya müharibəsi atəşkəsi kimi, döyüşçülər və mülki əhali arasında səmimi ülfət anı idi. Amma xatırladaq ki, 1915-ci ilin Yeni il bayramına qədər hərbi əməliyyatlar tamamilə bərpa olundu və müharibə daha bir neçə il davam etdirildi.

Əfqanıstan bu fürsətdən faydalanmağa çalışırsa belə, razılaşma perspektivləri yaxın gələcəkdən çox uzaqdır.

Qəni hökuməti və "Taliban”ın sülh haqqında fikir ayrılığı bunun necə əldə ediləcəyi və son məqsədi ilə bağlıdır. Kabil "Taliban”la birbaşa danışıqlar aparmaq tərəfdarıdır. Lakin "Taliban” ABŞ-la birbaşa danışıqlar aparılmasını istəyir. "Taliban” iddia edir ki, Kabillə ABŞ qoşunlarının çıxmasından sonra danışacaq.

Davamlı olaraq "Əfqanıstan əfqanlara məxsusdur” fikri ilə Vaşinqton "Taliban”la rəsmi danışıqlardan imtina edir və Ağ Evin qüvvələrini dərhal geri çəkmək planları yoxdur. Son günlərdə ABŞ hökuməti öz mövqeyini yumşalda biləcəyini dilə gətirir. İyunun 16-da ABŞ dövlət katibi Mayk Pompeonun deyib ki, Vaşinqton "Talibanla” beynəlxalq aktyor kimi müzakirələrə dəstək olmağa hazırdır. Bu ayın əvvəlində Ağ Evdə Cənubi Asiya üzrə müşavir Liza Kurtis ABŞ-ın müzakirələrdə iştirak etməyə hazır olduğunu söyləyərək, "biz əfqan hökumətinin və əfqan xalqının əvəzi olaraq xidmət edə bilmərik”, – deyib.

Bu mesajlar Vaşinqtonun Kabillə "Taliban” arasındakı danışıqlara qatılması mənası verə bilər. Lakin "Taliban” bununla kifayətlənmir, yalnız Vaşinqtonla ikitərəfli danışıqlar fikrini qəbul edir.

Bu arada "Taliban” qısa müddətli qələbə istəmir; o, sülhü 1996-cı ildən 2001-ci ilədək ölkəni nəzarət altında saxladığı sərt islamçı qaydalarının geri qaytarılması kimi görür. Kabil, əksinə, "Taliban”ı sıralarına – mövcud siyasi sistemə qəbul etmək niyyətindədir.

Bu, qrupun hökumətdən səxavətli təklifləri qəbul etməkdən niyə imtina etdiyinə aydınlıq gətirir. Fevral ayında prezident Qəni "Taliban”ı siyasi partiya olmağı və vəzifə kürsüləri təklif edib. Mövcud siyasi sistemdən imtina edən "Taliban” təklifə belə cavab verməyib. Onun qəbul etdiyi yeganə təklif növü isə Kabilin istəyinə ziddir. Məsələn, Əfqanıstanın "Taliban”ın tam nəzarəti altında olan ərazilərdə rəsmən tanınması. Bəziləri Əfqanıstanda sülhlə bağlı ümidsiz olduğundan bunu kompromis kimi görürlər, amma Kabil üçün bu, təslimçilik deməkdir.

Barışa başqa əsas maneələr də var. "Taliban” fraksiyaları rəqabət aparır və siyasi məsələlərdə ümumi bir cəbhə təqdim etmir. Hətta sülh danışıqlarının başlasa belə, ayrı-ayrı qruplar döyüşləri davam edə bilər. Bundan başqa, "Taliban” üzərində təsiri olan və ehtimal ki, onun qısa atəşkəs elan etməsinə razılıq verən Pakistanın, Kabil və Vaşinqtonun ziddinə, sülh tərəfdarı olmaması mümkündür.

Pakistan üsyançılardan faydalanır, çünki İslamabad Delhinin Əfqanıstanda varlığı əleyhinədir. "Taliban” Əfqanıstan hərbçiləri və onun ABŞ müttəfiqlərinə qarşı mübarizə aparmaqla yanaşı, Hindistandakı məntəqələrə və Kabildəki səfirliyə də hücum edib.

Bu, böyük dilemmaların həll edilməyəcəyi mənası vermir. Onları adlamaq mümkündür. Lakin istənilən uğurlu danışıqlar ağrılı güzəştlər və yaradıcı həllər tələb edir.

Proses həm də vaxt tələb edir. Çoxlu vaxt, adətən, bu zaman onilliklər deyil, günlərlə ölçülür.

Kolumbiyadakı qiyamçılığın sona çatdırılmasına dair danışıqlar Əfqanıstandakı vəziyyətlə müqayisədə tez-tez işlədilir. 2016-cı ildə razılıq əldə olunana qədər 50 ildən artıq müddət keçdi.

Əfqanıstan üçün qısa, lakin həyəcanverici sülh dövrünü yaşadı. O, uzunmüddətli sülh üçün şans əldə etməzdən qısa müddətli tənəffüs qazandı.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti