ABŞ Dövlət Departamentinin sanksiya ehtimalından sonra “Aeroflot”un səhmləri kəskin şəkildə ucuzlaşdı

ABŞ Dövlət Departamentinin sanksiya ehtimalından sonra “Aeroflot”un səhmləri kəskin şəkildə ucuzlaşdı

 

Sozcu.info xəbər verir ki, ABŞ Solsberi hadisəsini əlində dəstəvuz edərək, Rusiyanın gələcəkdə kimyəvi silahdan istifadə eləməyəcəyinə inandırıcı təminat almayacağı təqdirdə, 2018-ci ilin payızında Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin ikinci paketini işə salmaq niyyətində olduğunu bəyan edib.

Xəbəri NBC telekanalına istinad edən Rusiyanın "İnterfaks” agentliyi yayıb. NBC kanalının açıqlamasında deyilir: "Rusiya gələcəkdə kimyəvi silahdan istifadə eləməyəcəyinə inandırıcı dəllillər təqdim eləməsə və BMT tərəfindən "lokal yoxlamalar”ın keçirilməsinə razı olmasa, sanksiyaların ikinci, daha ağır paketi üç aydan sonra tətbiq ediləcək. Və çox güman ki, bu şərtlər yerinə yetirilməyəcək”.

Kanala məlumat verən mənbə deyib: "Sanksiyaların ikinci paketi diplomatik münasibətlərin xeyli zəifləməsi, "Aeroflot” dövlət aeroşirkətinin ABŞ-a uçuşlarının dayandırılması, həmçinin ixracla idxalın demək olar ki, tamamilə məhdudlaşdırılması demək ola bilər”.

Qeyd edək ki, ABŞ-ın avqustun 22-dən sonra və payızda Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini elan eləməsindən sonra, Rusiya rublu ucuzlaşıb, "Aeroflot”un və ölkənin böyük banklarının səhmlərinin qiyməti kəskin şəkildə aşağı düşüb.

Bütün bunlar Rusiya iqtisadiyyatının ABŞ hakimiyyətinin qərarlarından həddən artıq asılı olduğunun isbatıdır.



Oxşar Xəbərlər

Xəbər lenti