8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron deyib: "Avropa İttifaqının müdafiəsi ABŞ-dan asılı olmamalıdır”.
Fransa prezidenti E.Makron Parisdə Fransa səfirlərinə xitab edib. Ölkəsinin xarici siyasəti ilə bağlı çıxış edən Makron təhlükəsizliyi təmin eləməyin Avropanın vəzifəsi olduğunu deyib.
Bu vəziyyətin suverenliklə əlaqəli olduğunu vurğulayan Makron müdafiə əməkdaşlığının bütün Avropa ölkələri ilə yanaşı, Rusiyanı da əhatə eləməli olduğunu bildirib.
Fransa prezidenti ancaq Rusiya ilə Ukrayna məsələsində irəliləyiş əldə edəcəkləri təqdirdə əməkdaşlıq edəcəklərini vurğulayıb.
Makron Avropanın təhlükəsizliyi məsələsində ABŞ-a etibar edə bilməyəcəklərini vurğulayıb.