Amerika eksperti Putin öləndən sonra Rusiyanın dağılacağını yazır:“Pentaqon indidən hazırlıq görməlidir” – Təhlil

Amerika eksperti Putin öləndən sonra Rusiyanın dağılacağını yazır:“Pentaqon indidən hazırlıq görməlidir” – Təhlil

 

Brendon Vayhert

American Thinker (ABŞ), 26.09.2018

 

Putin hələ uzun müddət qalacaq, o öləndə isə onunla birgə Rusiya dövləti də öləcək.

Vladimir Putin 47 yaşında Rusiyaya başçılıq edib. İndi 66 yaşı var. Putinin ilk iki müddəti ümumən və bütünlükdə uğurluydu: onun dönəmində Rusiya iqtisadiyyatının yüksəlişi baş verdi, ordu modernləşdirildi, habelə Rusiyanın çeçen üsyançılarla və NATO-da müşahidəçi statusu olan ölkə ilə – Gürcüstanla çoxdankı münaqişəsini – birmənalı üsullarla olmasa da – uğurla həll etdi. Bu uğurların hamısı ona Rusiya elektoratı arasında populyarlıq gətirib. Məşhur ibarədən istifadə etsək, o, Sovet İttifaqının dağılmasının ardınca gələn qarma-qarışıq on ildən sonra Rusiyanı yenidən əzəmətli etdi.

Amma "Qara cəngavər”in qəhrəmanı Harvi Dentin dediyi kimi, "sən ya qərhəman kimi öləcəksən, ya da ta cinayətkara çevrilincə yaşayacaqsan”. Çağdaş Rusiyada da eynilə belə baş verdi (lakin bu halda Putini yalnız subyekvliklə "qəhrəman” adlandırmaq olar). Putin 2008-də öz kreslosunu tərk edə və ümumiyyətlə və bütünlükdə yadda yaxşı lider kimi qalardı (hər halda, Rusya arşınıyla). Amma əvəzində qəddar avtokrata dönüb. Putin prezidentlikdən müvəqqəti imtina edib və baş nazir olub. Ancaq bunu konstitusiyaya Vaşinqton sədaqətindən daha çox xarici müşahidəçiləri aldatmaq və konstitusiyanı özünə uyğunlaşdırmağa Makiavelli cəhdləri üzündən edib.

 

Necə belə bir konstitusiya?

 

Putin Kremlə 2012-də yenidən qayıdıb – rusiyalıların çoxu onun dönüşünə qarşı çıxış etdiyi (bir sıra hallarda Qərb QHT-lərinin dəstəyi ilə) tamamilə abırsız seçkilərdən sonra. Putin o vaxtdan bəri müharibə yoluna çıxıb. Özünün və moskvalı silahdaşlarının əlində daha çox hakimiyyət cəmləşdirməyə başlayıb; Qərbə qarşı aşkar ədavətli hərbi kampaniya açıb (amma bu duruma gətirən vəziyyətlərin meydana çıxmasında Qərbi tamamilə məsum adlandırmaq çətindir); o, daxili rəqiblərinin hamısını ardıcıl şəkildə məhv edib.

Putini 2018-də təzədən prezident seçiblər. Rusiyanın indiki konstitusiyasına əsasən, prezident Putin vəzifəsini 2024-də tərk etməlidir. O vaxt onun 72 yaşı olacaq. Çağdaş Rusiya kişisinin orta ömür müddətinin 66 il olduğuna baxmayaraq, Putin tam sağlam görünür – bu obraz ancaq onun çılpaq əndamla rus Uzaq Şərqində fərsiz vərdişlə  gillənmək və qulaqlı papaq sehriylə dzü-doda öz istedadını göstərməklə möhkəmləndirilir.

Başqa sözlə, Putinin 2024-ə kimi sağlam yaşamağa, ola bilsin, daha bir müddətə Rusiya prezidenti qalmağa bütün şansları var. Hətta o getmək istəməsə də, onun mümkün varislərindəın kiminsə Rusiyanı vahid saxlamağı bacaracağı az ağlabatandır. Hətta bu gün Putinin hakimiyyəti çoxaldıqca ölkənin ucqarları dağılmağı davam etdirir. Yalnız güclü əl – mərkəzi hakimiyyətin dəmir yumruğu Rusiya Federasiyasının böyük sahəsini bir yerdə saxlayır. Vladimir Putin bu mərkəzi hakimiyyəti getdikcə daha çox təcəssüm etdirir.

Putinin idarəçiliyi keçmiş SSRİ-nin Belorusiya, ya Qazaxıstan kimi ölkələrinin liderləri öz dövlətlərini necə idarə etdiklərinə artıq çoxdan  oxşayır. Putin avtokratik prinsiplərə əməl edərək istənilən potensial varislərini təmizləyib. O, bircə dəfə özünə varis – Dmitri Medvedyevi – seçməyə səy edib və tamamilə məyus qalıb. Putin gənc hüquqşünası Qərbə hədsiz səmimi sayaraq Medvedyevi yeganə müddətinin ortasında gerçək hakimiyyətdən məhrum edib.

 

Yoxsul ehtiyatlar

 

Gələcəkdə yeni prezident axtarmaq vaxtı çatanda Rusiya ağır duruma düşəcək. Rusiya yeni liderlərinin bütün nəsli Putinin nökəridir. Onlar da Medvedyev kimi anlayışdan məhrumdur və öz durumlarından savayı heç bir görkəmli keyfiyyətə malik deyillər. Boris Yeltsin də Vladimir Putini özünə varis seçəndə çoxları onun haqqında eyni sözü deyiblər. Amma Yeltsin zəif və müəyyən dərəcədə yumşaq lider idi, halbuki Putin öz hakimiyyətini qısqanclıqla qoruyan avtokratdır. Yeltsin sistemi haqda nə deyilir-deyilsin, yeni lderlərin yüksəlməsinə imkan verib. Putin avtokratiyası isə Putin gedəndən sonra Rusiyanı onu əvəz edəcək necəsə səriştəli bir elitadan məhrum edib.

2024-cü il yaxınlaşdıqca hakimiyyətdə müddətsiz qalmaq üçün Putinin Rusiya konstitusiyasını dəyişəcəyi ehtimalı çox böyükdür – artıq 2012-də ona dəyişiklik edib. Bu, baş verən kimi Rusiyanın iflasına qədər  hesablanma başlana bilər. Ən nəhayətdə, Putin özündən sonra hansı sistemi qoyur-qoysun,  Səddam Hüseyndən sonra İraqda demokratiya olmadığı kimi bu da demokratiya olmayacaq. Putinin istənilən potensial varisinin zəifliyi nəzərə alınsa, çox ehtimal ki, federativ respublikaların sərhədləri üzrə parçalanacaq. O, hərc-mərcliyin bürüdüyü və kütləvi qırğın nüvə silahıyla – təkcə bununla deyil – silahlanmış dövlətə çevriləcək.

Həm də Rusiya elitasının təkcə kiçik deyil, həm də yaşlı nəsli Putin gedəndən sonra Rusiyanı vahid saxlamağa pis uyğunlaşıb. Putinin öz vəzifəsini tərk edəcəyi dövrə doğru onun təmsilçiləri ya son dərəcə qəddar, ya da çox qoca olacaqlar.

 

Əziz Pentaqon, Rusiyanın kollapsına və nüvə silahının yayılmasına hazırlıq gör

 

Buna görə də Pentaqona və Amerikanın müttəfiqlərinə Putin hakimiyyətdən gedəndən sonraya öz fəaliyyətlərini planlaşdırmağa başlasınlar. Qərb hökumətləri Rusiyanın kütləvi qırğın silahının yayılmasını necə önləyəcək? Putindən sonra Moskvanın öz qoşunları üzərində vahid nəzarəti saxlaya biləcəyi az ağlabatandır.

Pentaqonun bu ssenariyə – nüvə silahlarının yayılmasını necə önləmək və Rusiyanın kütləvi qırğın silahının itirilməsinin qabağını almaq üçün orada kimi ələ almağa – artıq indidən hazırlaşması gərəkdir.

Bundan sonra Avropa liderlərinin alt-üst olan Rusiyadan qaçılmaz qaçqın axınıyla nə etmək lazım gəldiyi haqda düşünəcəyi zaman yetişəcək. Bir tərəfdən, Asiya Rusiyanın çox böyük torpaq payını və təbii resurslarını Çinin ələ keçirəcəyinə hazırlaşmalıdır – bunlar Çini ABŞ-la həqiqətən də rəqabət aparası energetik fövqəldövlətə çevirəcək.

Dünya liderlərinin Rusiyanın müxtəlif bölgələrinin liderlərini ələ almağı və alt-üst olacaq Rusiyanın külündən doğulacaq dövlətin başında duracaq adamla birbaşa əlaqələr qurmağının vaxtıdır.

ABŞ-a Rusiyanın ən yaxşı gələcəyinə dair ümid bəsləməyi olmaz. Amerika siyasətçilərinin Putinin hakimiyyəti saxlayacağı və Rusiya cəmiyyətini parçalayacağı ehtimalından kənarlaşması gərəkdir. Bu halda Rusiya dövləti Putinin özüylə birgə öləcək.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti