“İdlib seytnotu”:Türkiyənin vaxtı daralır, ruslar isə “terrorçular ya məhv edilməli, ya da məhkəməyə verilməlidir deyirlər” – Təhlil

 

Nihat Ali Özcan

Milliyet (Türkiyə), 02.10.2018

 

Soçidə Türkiyə və Rusiya arasında əldə edilmiş anlaşmaya əsasən, İdlib civarı boyu 15-20 km enində zona ağır silahlardan təmizlənəcək. Eyni zamanda radikal qruplar zonadan çıxarılacaq. Bu prosedur okyabrın 10-da başa çatacaq. Dekabrın sonuna doğru bölgədən keçən bəzi avtoyollar  açılacaq. Türkiyə Soçidə saziş imzalandığı gündən var gücüylə "silahlı döyüşçülər haqda diplomatiya” yürütməyə və nəticə əldə etməyə çalışır.  Hamıya məlumdur ki, nəticə əldə etmək mümkün olmasa, hərbi müdaxilə və mülki əhali arasında qurbanlar qaçılmaz olacaq. BMT meydanlarında görüşlərlə bağlı Nyu-Yorkda olan xarici işlər naziri Sergey Lavrov inam özülünə söykənən danışıqların artıq tam gücüylə getdiyi bir vaxtda jurnalistlərə maraqlı açıqlama verib. "Onları (İdlibdəki cihadçıları) hansısa başqa qaynar nöqtələrə, məsələn, Əfqanıstana göndərəcəkləri haqda spekulyasiyalar var, – Lavrov qeyd edib. – Bütün bunlar qəbuledilməzdir. Terrorçular ya məhv edilməli, ya da məhkəməyə verilməlidir”.

Nazir sonra əlavə edib ki, "Türkiyənin vəzifəsi çətindir”. Lavrov hələ qeyd edib ki, ABŞ- da prosesə qoşulmağa söz verib – mötədil adlandırdığı döyüşçüləri cihadçı təşkilatlardan ayrılmaq üçün inandırmağa, amma bu vədi hələlik yerinə yetirməyib.

Lavrov bilir ki, asimmetrik mübarizənin, hibrid xarakterli müharibənin getdiyi Suriyada yaranmış durumda "öldürməmək” bəzən ən yaxşı qərardır. Asimmetrik mübarizədə çoxlu sayda terrorçunun qətlə yetirilməsi nə qısa, nə də uzunmüddətli perspektivdə "qələbəyə zəmanət”dir. Hətta söhbət ölümlərin gözlənilməz iqtisadi, hərbi, siyasi və psixoloji dəyərindən gedir. Bu, təkcə Qərb mədəniyyətinin törətdiyi təcrübə deyil. Ruslar da qərbli rəqibləri kimi üsyanlar, vətəndaş savaşı, terrorizm şəraitində oxşar məsləhətlərə əməl edib və əməl etməyi sürdürürlər.

Suriyanın güneyini, Hələbi və başqa bölgələri "radikallardan təmizləmək” üçün əməliyyatlar keçirmiş Rusiya, İran və Əsədin qüvvələri avtobuslarla bu bölgələrdən minlərlə İŞİD-in, yaxud başqa radikal qrupların üzvlərini "İdlibə/təhlükəsiz zonalara” daşıyıblar. Onların çoxu arvad-uşaqlarilə daşınıb. O vaxt heç kim Lavrova deməyib: "Bütün bunlar qəbuledilməzdir. Onlar ya məhv edilməli, ya da məhkəməyə verilməlidir”.

Məsələn, ABŞ, Britaniya ordusu və "Suriya Demokratik Qüvvələri” (oxu: Kürdüstan Fəhlə Partiyası/"Demokratik Birlik” Partiyası”) 2017-də Raqqadan ağzınacan dolu avtobuslarda təhlükəsiz zonalara yüzlərlə döyüşçü təxliyyə edib. Hətta helikopterlərdən istifadə olunub ki, bu proses tez başa çatsın. Yenə də heç kim bu cür tövsiyələr səsləndirməyib.

Vaxtın sıxdığı və prosesin təməlində inamsızlığın durduğu bir şəraitdə Lavrovun Türkiyəyə və "radikallara” belə siqnallar verməsi yaxşı əlamət kimi görünmür. Bu məsləhət Türkiyəni "əcnəbi terrorçu-döyüşçülər üçün həbsxanaya” və ya uzun illər boyu "cihadçılar üçün qisas” obyektinə  çevrilmək arasında seçim etməyə məcbur edir.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti