8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
vz.ru, 23.10.2018
Vladimir Putin və Donald Trampın yeni görüşünədək üç həftədən az qalıb. İki prezidentin görüşü I dünya savaşının başa çatmasının yüz illiyinin qeyd olunacağı Parisdə baş tutacaq.Trampın köməkçisi Con Boltonun Moskva səfəri və prezident Putinlə görüşünün ümumi yekunu belədir.
"Mən zeytun budağını özümlə gətirməmişəm”, – ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Vladimir Putinin "Dəniz qartalı ABŞ-ın gerbində onun pəncəsində təsvir edilən zeytun budağındakı zeytunların hamısınımı dimdikləyib?”sualına belə cavab verib.
Putin gülümsəyərək soruşub: "Təkcə saplaqlar qalıb?”, Boltonun onda zeytun budağı olmadığı haqda cavabına isə "Mən belə də düşünürdüm” sözlərilə reaksiya verib.
Bununla belə, amerikalı qeyd edib ki, "Zeytun budağı dəniz qartalının sağ pəncəsindədir, belə ki, öz prioritetlərini məhz belə sərgiləyir”.
Bu dialoq dostcasına gülüşlə olub, bundan savayı, Putin söhbətin başlanğıcında ümumiyyətlə, tez-tez gülümsəyirdi. Xüsusən də "Bəzən Birləşmiş Ştatların Rusiya haqda mütləq şəkildə heç nədən törəyən, dostcasına adlandıra bilməyəcəyimiz addımlarını görmək təəccüblüdür. Axı biz isə hətta praktik olaraq sizin heç bir addımınıza cavab vermirik. Xeyr, bunların hamısı davam edir və davam edir” deyəndə. Bu sözlərin ahəngində heç bir qınaq kölgəsi deyil, yalnız müəyyən qədər təəccüb ehtiva olunmuşdu.
Niyə qəmiş olmusunuz, axı biz Trampın daxili-siyasi problemlərini başa düşürük və artıq hətta sizin bəyanat və bəyanlarınızı, demək olar, cavablandırmırıq, amma siz heç dayanmırsınız – yəqin ki, Putin diplomatik etiketi bir kənara atsaydı, Boltona belə deyə bilərdi. Bizimlə bərabərhüquqlu danışıqlar aparmaq istəmirsiniz, bizə basqı göstərmək istəyirsiniz? İşlər belə getməz. Onda niyə getdikcə tez-tez bizə gəlir və müxtəlif mövzuların müzakirəsini təklif edirsiniz?
Doğrudan da, Bolton dörd ay ərzində rəhbərlərimizlə artıq üçüncü dəfə danışıqlar aparıb: iyunun sonunda Moskvada idi, avqustun axırında isə Cenevrədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. Və budur, indi, Patruşevlə beşsaatlıq söhbət, Lavrov və Şoyqu ilə görüşməklə yeni səfər.
Putinin Boltonla görüşü bu dəfə saatyarım çəkib – prezidentin Trampın elçisiylə ilk dəfə söhbətləşdiyi dörd ay qabaqkından yarım saat az. Amma indiki halda vaxtın önəmi yoxdur. Boltonun ikigünlük səfəri, keçən dəfəki kimi, iki prezidentin görüşü haqda razılaşmayla bitib. Düzdür, iyulda Helsinkidə olduğu kimi, ayrıca sammit deyil, I dünya savaşnın bitməsinin 100 illiyi münasibətilə noyabrın 11-də Parisdə keçiriləcək təntənəylə bağlı "meydanlarda”. Bolton bu qayda ilə yüksəksəviyyəli görüşlərə hazırlıqda özünəməxsus əlaqəçiyə çevrilir.
ABŞ-da indiki daxili-siyasi durumda hər dəfə, az qala, özəl əməliyyat xarakteri daşıyan təşkilatçılıq. Amma indiki görüşün – bu isə Trampın 20 aylıq prezidentliyi boyunca iki prezidentin artıq dördüncü söhbəti olacaq – əvvəlkilərdən bir prinsipial fərqi ola bilər.
İş burasındadır ki, o, ABŞ-da Nümayəndələr palatası və Senatın üçdə birinin seçiləcəyi seçkilərdən beş gün sonra olacaq. Tramp qələbə çalarsa, – bu isə hər iki palatada respublikaçı çoxluğu saxlamaq olacaq (bunu isə hətta onun kimi atəş altında olan prezidentlər də təmin edə bilməyiblər) onda faktiki olaraq ən ağır daxili-siyasi zəncirlərdən qurtulub Parisə gələcək. Bu, özünü həm ölkədə, həm də dünyada daha inamlı aparmağa qabil yeni Tramp olacaq. Belə Trampla söhbətləşmək daha asan olacaq. Anlaşmaq deyil, danışmaq. Əslində, bu da indiki durumda prinsipial olaraq vacibdir.
Axı Tramp indiyədək Putinlə hər telefon söhbəti və artıq hətta şəxsi görüşdən sonra, az qala, məcbur idi ki, təzəcə bir addım irəli gedərək iki addım geri çəkilsin. Çünki hətta tənqid də deyil, milli xəyanət ittihamının doqquzuncu dalğası onun üzərinə çırpılırdı. Tramp Helsinki görüşündə Putini bu payızda Vaşinqtona dəvət edib, amma sonradan bunu "unutmağa” məcbur olublar. Noyabrın 6-da Trampın – günbəgün daha ağlabatan – qələbə çalacağı halda isə onun durumu önəmli şəkildə möhkəmlənəcək. Əsas gücünü "dərin dövlət”lə mübarizəyə itirməyi lazım gəlməyəcək – o, onu devirmək planlarından imtina etməyəcək, amma bunun üçün Konqresdən istifadə imkanını itirəcək.
"Qurtulan” Tramp xarici siyasətdə də böyük sərbəstlik əldə edəcək. Və birinci növbədə bütün prezidentliyi müdətində onun üçün ən "zəhərli” olaraq qalan Rusiya yönündə. Bu bildirmir ki, Rusiyaya qarşı sanksiyalardan və yaxud UYMR (Uzaq və Yaxın Mənzilli Raketlər-red.) haqda müqaviləylə bağlı oyunlardan imtina edəcək, amma Tramp həm beynəlxalq gündəlik, həm də ikitərəfli münasibətlərin bütün mühüm mövzuları üzrə Putinlə normal işgüzar dialoq qura bilər. İki ölkənin maraqlarının kəsişdiyi yerdə anlaşa bilərlər, ziddiyyətlərin çoxalacağı yerdə heç nə alınmayacaq. Lakin bu, normal, işgüzar dialoq olacaq.
…Belə ki, Vladimir Putin noyabrın 11-də … tamamilə yeni, azad Trampla görüşə bilər. Və iki millətçinin (Tramp isə bu günlərdə açıqca kürəsəlçilərə qarşı durmaqla özünü təntənəli şəkildə millətçi elan edib) danışmağa nəyisə olacaq.
Tərcümə Strateq.az-ındır.