Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Ermənistanın baş naziri Nikol Paşinyan orduya ayrılan pulların yaxın beş ildə 2.5 milyard dollara çatdırılması vəzifəsini qarşıya qoyub.
Sozcu.info xəbər verir ki, Paşinyan bu haqda hökumətin iclasında deyib. Amma etiraf edib ki, həmin resursu tapmaq üçün "çox işləmək lazımdır”.
Hazırda Ermənistanın hərbi büdcəsi təxminən 500 milyon dollardır. Bu, Azərbaycanın hərbi büdcəsi ilə müqayisədə təqribən 8 dəfə azdır.
Paşinyanın sözlərinə görə hərbi büdcəni artırarkən xərclər ilk növbədə hərbi qulluqçular üçün sosial şərtlərin yaxşılaşdırılmasına yönələcək. Çünki bu döyüş qabiliyyətinin artırılması üçün çox mühümdür. Digər istiqamət isə hərbi-sənaye kompleksini inkişaf etdirməkdir.
Xatırladaq ki, Nikol Paşinyan bu günlərdə özü etiraf edib ki, orduda əsgərlərin məişət şəraiti və yeməyi dəhşətli vəziyyətdədir. Və Paşinyan Qarabağda xidmət keçən oğlunun tez-tez evə zəng vurub yemək istədiyini deyib.