7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Bakıda şagirdi döyən müəllim işdən çıxarılıb.
Sozcu.info xəbər verir ki, paytaxtın Binəqədi rayonu 30 nömrəli orta məktəbdə 11-ci sinif şagirdini vəhşicəsinə döyən hərbi hazırlıq müəllimi Mehman Mənsimov Bakı Şəhər Baş Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin əmri ilə işdən azad olunub.
Qeyd edək ki, 30 nömrəli məktəbin 11-ci sinif şagirdlərindən biri müəllimin bu hərəkətlərini telefonla çəkib. Videodan da göründüyü kimi müəllim uşağın ağzına, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirir.
Famil Fərhadoğlu