“Vətəndaş niyə çıxarış almayıb? Bütün səbəblər araşdırılmalıdır” – Kəmaləddin Heydərov

“Vətəndaş niyə çıxarış almayıb? Bütün səbəblər araşdırılmalıdır” – Kəmaləddin Heydərov

 

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin zəlzələ bölgəsinə səfərləri zamanı xeyli vətəndaş məktubla ölkə başçısına müraciət etdi. Məktubların 30 faizi zəlzələnin yaratdığı fəsadlar, evlərin bərpası, çıxarışların olmaması ilə bağlı olub”.

Sozcu.info  xəbər verir ki, bunu "Çoxmənzilli binaların istismarına icazənin verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Prezidentinin fərmanının icrası ilə bağlı keçirilən müşavirədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir qeyd edib ki, fərmanda əksini tapmış qərarların icrası qısa müddətdə təmin ediləcək: "Biz rayonlarda vətəndaş qəbulu keçiririk. Belə görüşlər zamanı məlum olur ki, məsələn, vətəndaş 60 ildir, bir evdə yaşayır, lakin evin çıxarışı yoxdur. Ərazi zəbt olunub, ya vətəndaş özü tənbəllik edib, niyə çıxarış almayıb? Bütün səbəblər araşdırılmalıdır”.”



Oxşar Xəbərlər

Xəbər lenti