Kəmaləddin Heydərov Füzulidə vətəndaşları qəbul edib –FOTO

Kəmaləddin Heydərov Füzulidə vətəndaşları qəbul edib –FOTO

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Horadiz şəhərində Füzuli, Beyləqan, Ağcabədi və Xocavənd rayonlarının sakinlərini, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

AZƏRTAC  xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 15 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 70, digər məsələlərlə bağlı müraciət etmiş 24 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.



Oxşar Xəbərlər

Xəbər lenti