Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin operativ həlli ilə bağlı İşçi Qrupu yaradılıb.
Bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin ilin I rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirdiyi haqlı iradların aradan qaldırılması istiqamətində görüləcək işlərlə bağlı keçirdiyi iclasda bildirib.
O qeyd edib ki, Azərbaycanda qazlaşma səviyyəsi 95,7%-ə çatıb. Ölkə üzrə təbii qazla təmin olunan əhali abunəçilərinin sayı 2,183 milyonukeçib.
Onun sözlərinə görə, ötən dövr ərzində ümumilikdə uzunluğu 51 915 km-dən artıq müxtəlif diametrli daşıyıcı və məhəllə daxili qaz xətti çəkilib, 9 742 km-ə yaxın boru xətti isə əsaslı təmir olunub: "Görülən bu işlər Ölkə başçısının vətəndaşların sosial rifahının yaxşılaşdırılması və hər zaman sadə vətəndaşlara diqqətinin bariz nümunəsidir. Cənab Prezidentin apardığı uğurlu islahatlar və qazlaşdırmaya göstərdiyi böyük diqqət və qayğının nəticəsində 2009-2019-cu illər ərzində 2 349 qəsəbə və kənddə qazlaşdırma işləri tam başa çatdırılıb.Bununla əlaqədar olaraq qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin obyektiv araşdırılması və operativ həlli ilə bağlı "Azəriqaz” İstehsalat Birliyi və Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə İşçi Qrupu yaradılıb. Yaradılan İşçi Qrupu tərəfindən abonentlərdən daxil olan müraciətlərin ciddi təhlil olunması, araşdırılması və həlli istiqamətində abonentlərin özlərinin iştirakı ilə davamlı tədbirlər görüləcək"./"Report”/