Prezidentdən “Azəriqaz”-a SƏRT XƏBƏRDARLIQ: "Əsası olmayan işlərə..."

Prezidentdən “Azəriqaz”-a SƏRT XƏBƏRDARLIQ: "Əsası olmayan işlərə..."

 

Prezident İlham Əliyev "Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə təbii qazın verilməsində yaranan problemlərlə bağlı xəbərdarlıq edib.

Sozcu.info  xəbər verir ki, aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda prezident İlham Əliyev "Azəriqaz” rəhbərliyinə bu ifadələri ilə xəbərdarlıq edib:

"Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. Eyni zamanda, "Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, "Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır."



Oxşar Xəbərlər

Xəbər lenti