Alpinistlərin adı əbədiləşdirildi - FOTO

Alpinistlərin adı əbədiləşdirildi - FOTO

 

Tufandağ zirvəsinə yürüş edərkən itkin düşən alpinistlər Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin adı həmin ərazidə əbədiləşdirilib.

Sozcu.info  xəbər verir ki, bu haqda mərhum alpinist B. Hüseynovun qohumu aparıcı Cəlalə Nəzəroğlu sosial şəbəkədə məlumat yayıb. Aparıcı qeyd edib ki, hər üç alpinistin adı qeyd edilən lövhə Mahmuddərə ərazisində qayaya vurulub. Lövhədə "Gələnlər keçdi getdi, torpaq qaldı, daş qaldı" sözləri də yazılıb.

Qeyd edək ki, Tufandağ istiqamətində yürüşə çıxmış alpinistlər 2017-ci ilin dekabr ayında itkin düşmüşdü, 2018-ci il mayın 18-də isə meyitləri tapılaraq ailələrinə təhvil verilmişdi. Babur Hüseynov Astaranın Giləkəran kənd qəbiristanlığında, Fəridə Cəbrayılzadə Masallı rayonunu Şərəfə kənd qəbiristanlığında, Namin Bünyatzadə isə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib.

Alpinistlərin adı əbədiləşdirildi - FOTOAlpinistlərin adı əbədiləşdirildi - FOTO



Oxşar Xəbərlər

Xəbər lenti