Nailə Mirməmmədli ilə Nazim arasında çaxnaşma: Xanım üçün təcili yardım gəldi

 

"Nailə Mirməmmədli tədbirlərin birində mənim mahnım səslənəndə "bozbaş" deyib".

 

Sozcu.info axsam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni hacı Nazim Məmmədov deyib.

İfaçı "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, bəstəkarla uzun müddətdir küsülüdür:

"Zəng vurdum, özü ilə danışdım. Daha sonra onun da olduğu bir verilişdə mənim mahnım səsləndirilib, Nailə xanım müəllifi soruşub, mənim olduğumu deyiblər. Qayıdıb ki, "Ola bilməz, o, "çuşkarski" yazır.

Həmin xanım vaxtilə Azərbaycan musiqisi ilə bağlı demişdi ki, "Azərbaycan musiqisi hara gedir, skripka nədir". Mən də ona uzun məktub yazdım, onu oxuyanda üstünə təcili yardım gəlib.

Onun iki mahnısını mən Türkiyədə aranjman etdirmişdim, içində skripka var idi. Skripka qəbahətdirsə, niyə öz mahnısında var?"

N.Məmmədov N.Mirməmmədliyə barışıq əli də uzanıb:

"Nailə xanım peşəkar bəstəkardır. Biz onun kimi deyilik. Barışmaq böyüklükdür. İlk addımı atıram. Ona demək istəyirəm ki, gənclərə dəstək olun".



Oxşar Xəbərlər

Xəbər lenti