Kalininqrad vilayətinin Baltiysk şəhərində vitse-admiral Həmid Qasımbəyovun büstü ucaldılacaq


 

Kalininqrad vilayətinin Baltiysk şəhərində vitse-admiral Həmid Qasımbəyovun büstü ucaldılacaq

 

Rusiya Federasiyasının Kalininqrad vilayətinin Baltiysk şəhər administrasiyasının rəhbəri Sergey Melnikov bu günlər vilayətində fəaliyyət göstərən Azərbaycan Diaspor təşkilatının sədri Tofiq Rzayev ilə işgüzar görüş keçirib. Bu görüş barədə məlumat şəhər administrasiyasının rəsmi internet saytında  yerləşdirilib.

Azərbaycanlı vitse-admiral Baltiyskdə yerləşən hərbi dəniz bazasına rəhbərliyi dövründə şəhər sakinlərinin və şəxsi heyətin hörmətini qazanmış, Baltiysk şəhərinin  bərpası və inkişafına böyük  töhfələr vermişdir. Böyük Vətən müharibəsi veteranının şəhərdə xatirəsinin əbədiləşdirilməsinə dair danışıqlar 2018-ci ildə başlamışdır.Vitse-admiral Həmid Qasımbəyovun büstü 9 may- Qələbə Gününün 75-ci ildönümü  ərafəsindəşəhərin Çexov küçəsində yerləşən parkda ucaldılmasıplanlaşdırılır. Görüşdə, həmçinin iki tərəfli dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcək layihələr müzakirə olunub. O cümlədən, Bakı və Baltiysk şəhərləri arasında birgə İdman və mədəniyyət tədbirlərinin təşkili ilə yanaşı məktəblər arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuşdur.

Onuda qeyd edək ki, Həmid Həbib oğlu Qasımbəyov 1923-cü il mayın 3-də Naxçıvanda anadan olub. O, İkinci Dünya Müharibəsi veteranıdır. Müxtəlif illərdə I dərəcəli Vətən müharibəsi ordeni, "Qırmızı Ulduz” ordenləri daxil olmaqla, 30-dan çox medalla təltif edilib. H.Qasımbəyov 2005-ci il aprelin 22-də Bakıda vəfat edib.

 

   A.Məmmədli. 

"Yeni Sözcü”qəzeti

Kalininqrad vilayətinin Baltiysk şəhərində vitse-admiral Həmid Qasımbəyovun büstü ucaldılacaq

 


 


 



Oxşar Xəbərlər

Xəbər lenti