Moskvada Rusiya Azərbaycanlıları İttifaqının növbədənkənar iclası keçirilib

Moskvada Rusiya Azərbaycanlıları İttifaqının növbədənkənar iclası keçirilib

 İyunun 16-da Moskvada Aerostar mehmanxanasında Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) və Dünya Azərbaycanlıları İttifaqının (DAİ)  növbədənkənar birgə iclası keçirilib. RAİ-nın mətbuat xidmətinin verdiyi məlumata görə, iclasda  ictimai təşkilatların rəhbərləri və fəalları iştirak ediblər. İclasın gündəliyinə bir sıra məsələlər, o cümlədən RAİ-nın və DAİ-nın vitse-prezidentinin, regional nümayəndəliklərinin rəhbərlərinin seçkisi, təşkilatın simvolikası, nizamnaməsi və RAİ-nın 2019-cu il üçün tədbirlər proqramının müzakirəsi  daxil edilmişdir.

 

Tədbiri giriş sözü ilə açan RAİ və DAİ istimai təşkilatların prezidenti Füzuli Məmmədov Rusiyada vahid mərkəzdən koordinasiya edilən diaspor təşkilatı yaratmaq yolunda Rusiyada fəaliyyət göstərən ictimai təşkilatların bir təşkilat ətrafında birləşməsinin tarixi şans olduğunu qeyd etmişdir. Onun fikrincə, bütün təbəqələrdən olan soydaşlarımızı birləşdirəcək qurumun yaradılması sosial sifarişdir. Çıxışlar zamanı Azərbaycan diasporu ictimai təşkilatlarının rəhbərləri və fəalları Rusiya Azərbaycanlılarının İttifaqına öz dəstəklərini bildirmişlər. Onların sırasında "Smolnu Universiteti" Elmi-Təhsil konsorsiumunun prezidenti Heydər İmanov ictimai təşkilatla əməkdaşlığa hazır olduğunu bildirdi. Sankt – Peterburqda fəaliyyət göstərən "Azərbaycan diasporu" Regional İctimai Təşkilatının sədri Sabir Məsimov Rusiyanın şimal-qərb bölgəsində RAİ-nın mövqeyinin möhkəmlənməsi üçün maksimum səy göstərəcəyini bildirdi. RAİ İdarə Heyətinin üzvü, tanınmış ictimai xadim Tofiq Rzayev vitse-admiral Həmid Qasımbəyovun xatirəsinin əbədiləşdirilməsi istiqamətində Kalininqrad vilayətinin Baltik şəhərində görülən işlər barədə məlumat verərək,  bu layihəyə verdiyi dəstəyə görə Baltik şəhəri meriyasının və ictimaiyyətinin Füzuli Məmmədova minnətdarlığını catdırmışdır. Təşkilatı məsələlərə gəldikdə isə RAİ-nın İdarə Heyyətinin üzvü Mais Cəfərov və Kirov şəhərində fəaliyyət göstərən "Azərbaycan” Xeyriyyə Fondunun prezidenti Elnur Hüseynov Rusiya Azərbaycanlılar İttifaqınına və Dünya Azərbaycanlılar İttifaqüına  fitse-prezident seçilmişlər. İclasda səs vermə yolu ilə RAİ-nın və DAİ-nın regional təşkilatların rəhbərləri seçilib. Onuda qeyd etmək lazımdır ki, RAİ-nın mətbuat xidməti ictimai xadimlərin səlahiyyətləri RAİ-nın və DAİ-nın növbəti qurultayına qədər qüvvədə qalacağını bildirdi.

 A.Məmmədli,

 "Yeni sözcü”

                    



Oxşar Xəbərlər

Xəbər lenti