Azərbaycanda həkim səhlənkarlığı: Tamponu qadının qarında qoyub, tikdi

Azərbaycanda həkim səhlənkarlığı: Tamponu qadının qarında qoyub, tikdi

 

Balakəndə səhlənkarlıqda təqsirləndirilən Nərgiz Bicilovanın barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

 

Sozcu.info  xəbər verir ki, Ali Məhkəməsinin hakimi Fərhad Kərimov sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Bicilova və zərərçəkmiş N.Məmmədovanın kassasiya şikayəti təmin edilməyib.

İtiiham aktına əsasən, N.Bicilova Balakən Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin müdiri, baş-mama ginekoloq vəzifəsində işləyərkən N.Məmmədovanı keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı edib.

Əməliyyatdan sonra həkim qarın boşluğunu lazımi qaydada təftiş etməyib.

Belə ki, o, qarın boşluğunda 10x12 sm ölçüdə konqlomerrat (tampon) qoyaraq qarının ön divarlarını qat-qat tikib.

Qarın boşluğunda uzun müddət yad cismin qalması N.Məmmədovada ümumi halsızlığa, yüksək hərarətə, baş gicəllənməyə, zəifliyə səbəb olub.

Daha sonra N.Məmmədova Zaqatala Müalicə Diaqnostika Mərkəzinə müraciət edib və orada təkrar cərrahiyyə əməliyyatına məruz qalıb. Əməliyyat zamanı isə böyük piyliyin bir hissəsi və bağırsaq 50x60 sm ölçüdə rezeksiya olunaraq kəsilib götürülüb.

N.Məmmədovanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında N.Bicilova barəsində Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Balakən Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə N.Bicilova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və ona şərti cəza verilib. Hökmdən narazı qalan həkim və zərərçəkmiş apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib. Daha sonra hər iki tərəf kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.



Oxşar Xəbərlər

Xəbər lenti