Güclü külək Bakıda 10 ağacı kökündən çıxardı - Filarmoniya bağına da ziyan dəydi

 

Güclü küləklə əlaqədar Azərbaycan Dövlət Filarmoniyasının qarşısındakı bağda 3 ağacın budaqları sınıb, 1 ağac isə kökündən çıxıb.

Sozcu.info  xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, artıq sınmış budaqlar və kökündən çıxmış ağaclar doğranaraq daşınmaq üçün hazır vəziyyətə gətirilib.

O.Məmmədov bildirib ki, indiyədək Bakıda 20 ağacın budaqları sınıb, 10 ağac kökündən çıxıb.

Şöbə rəisi hazırda birliyin gücləndirilmiş iş rejimində çalışdığını, qurumun əməkdaşlarının fəsadların aradan qaldırılması üçün hadisə baş verən ərazilərə səfərbər olunduğunu söyləyib.

Qeyd edək ki, bu gün Abşeron yarımadasında küləyin sürəti saniyədə 23-28, bəzən 30-35 metrədək çatır.



Oxşar Xəbərlər

Xəbər lenti