“İsmayıllı və İto şəhəri arasında Şagird Mübadilə Proqramı” çərçivəsində Yaponiyadan İsmayıllıya səfər

“İsmayıllı və İto şəhəri arasında Şagird Mübadilə Proqramı” çərçivəsində Yaponiyadan İsmayıllıya səfər

 


Bir neçə ildir ki, Yaponiyanın İto şəhəri ilə İsmayıllı şəhəri arasında imzalanmış dostluq və əməkdaşlıq müqaviləsi əsasında qarşılıqlı səfərlər, müxtəlif məzmunlu proqramlar  həyata keçirilir.

Avqust ayının 1-dən 13-dək İsmayıllıdan iki şagird və bir proqram rəhbəri (ingilis dili müəllimi) "Şagird Mübadilə Proqramı” çərçivəsində İto şəhərində səfərdə olublar. Nümayəndə heyətimiz İto şəhərindən 2 şagird və 1 nəfər proqram rəhbəri ilə birgə İsmayıllıya qayıdıblar. Qonaqlar 13-26 avqust günlərində İsmayıllıda olacaq. Proqrama uyğun olaraq ailələrdə qalacaq, rayonun tarixi yerləri, coğrafiyası, ekologiyası, milli tərkibi, inkişaf səviyyəsi, adət-ənənələri, mətbəx mədəniyyəti ilə tanış olacaqlar.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 15 avqust 2019-cu il tarixdə qonaqları qəbul edib, İsmayıllı, onun dünəni və bu günü haqqında ətraflı məlumat verib, proqramlarında nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsi üçün hər cür şərait yaradılacağını deyib.

Proqram rəhbəri xanım Mari İnaqaki səmimi qəbul üçün təşəkkürünü bildirib, proqramın başlanğıcından onlara xüsusi diqqət və qayğı ilə yanaşan ailələrə minnətdarlıq edib.

2018-ci ildə şagird olarkən (indi tələbədirlər) "İsmayıllı və İto şəhəri arasında Şagird Mübadilə Proqramı” əsasında Yaponiyaya səfər etmiş Suğra Ağamalıyeva yapon və Nilufər Məmmədova ingilis dilində qonaqları salamlayıb, ölkə və rayon haqqında məlumat veriblər.

Qonaqlara Azərbaycanı, İsmayıllını simvolizə edən hədiyyələr təqdim olunub. Qonaqlar da İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə xatirə hədiyyələriveriblər.

Qəbulda Yaponiyanın İto şəhərində indi və əvvəllər səfərdə olmuş şagirdlər, onların müəllimləri və valideynləri, rayon icra hakimiyyəti başçısının müavinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sozcu.info


Oxşar Xəbərlər

Xəbər lenti