Balakənddə qanunsuz olaraq at əti satan şəxs saxlanıldı

Balakənddə qanunsuz olaraq at əti satan şəxs saxlanıldı

 

Balakən rayonunda mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb.DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.info-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə rayonun Sarıbulaq kənd sakini, 49 yaşlı Şahin Dibirovun şəhər ərazisindəki yaşadığı evdə mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olması barədə məlumat daxil olub.Polis əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə həmin ünvana baxış keçirilən zaman çəkisi 35 kiloqram olan dərisi soyulmuş halda 1 at cəmdəyinin qalıqları aşkar edilib. Ətdən nümunələr götürülərək ekspertizaya təqdim edilib.Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti