Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Rusiyanın paytaxtı Moskvada yerləşən S.İ.Spasokukos adına 27 nömrəli Doğum evinin erməni əsilli keçmiş müdiri Marina Sarmosyan həbs edilib.
Sozcu.info xəbər verir ki, onun fəaliyyətində bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, M.Sarmosyan hər yerdə təbii doğuş ideyasının dəstəkləyərək, rəhbərlik etdiyi klinikada qeysəriyyə əməliyyatının aparılmadığını deyib, bununla öyünsə də, ancaq bir müddət sonra onun fırıldağının üstü açılıb. Məlum olub, M.Sarmosyan hətta lazım olmayanlara belə qeysəriyyə əməliyyatı edirmiş. Kilinikada aparılan son belə əməliyyatlar nəticəsində 1 körpə ölüb, 3-ü isə zədələr alıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin laqeydlik və xidmətin təhlükəsizlik tələblərinə cavab verməməsi maddələri ilə cinayət işi başlanıb, keçmiş baş həkim barəsində həbs-qətimkan tədbiri seçilib.
Moskva şəhər Səhiyyə İdarəsindən bildirilib ki, M.Sarmosyanın başçılıq etdiyi doğum evinin rəhbərliyi tamamilə dəyişdiriləcək.