8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb.
Sozcu.info xəbər verir ki, görüntülərdə yük maşınlarının sürücülərindən "postun pulu" adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub. Sürücü isə 15 manatı olduğunu desə də inspektor "qaydanın belə olduğunu" əsas gətirərək pulu qəbul etmir.
Həmçinin yolun magistral olduğunu bildirərək icazə olmadığını deyir. Pul verilməyəcəyi təqdirdə isə yük maşınlarının tərəziyə çıxarılaraq əlavə yükün boşaldılacağını qeyd edir.
Görüntülərinin Bakı-Astara yolunda çəkildiyi və Masallı postu kimi tanınan ərazidə olduğu ehtimal olunur.
Videonu təqdim edirik: