8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncə şəhərində 10-cu sinif şagird olan Gülçin Məmmədovanın itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə "Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
Onun sözlərinə görə, hazırda Dövlət Komitəsinin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə araşdırmalara başlayıb: "Bizim tərəfimizdən araşdırma monitorinq komissiyaları vasitəsilə aparılır. Araşdırmalar hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilir. Prosesə hüquqşünas və psixoloqlar da cəlb olunub. Hazırda itkin düşən Gülçin Məmmədovanın yaşadığı yerdə müəyyən şəxslərdən izahatlar alınır. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.
E.Səfərov xatırladıb ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üzrə monitorinq mexanizmi yaradılıb: "Bir daha bəyan edirik ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən həmin şəxslər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır".
Qeyd edək ki, yanvarın 21-də 2004-cü il təvəllüdlü, Gəncə şəhəri 39 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Gülçin Məmmədova əmisigilə getmək adı ilə evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.