İsmayıllı Telekommunikasiya Qovşağı büdcə pulların hara xərcləyir?


Beş il əvvəl Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Məmməd Məmmədov həbs ediləndə ümid yaranmışdı ki, bu sahədə müəyyən irəliləyişlər müşahidə olunacaq. Lakin artıq Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyinin dəyişdirilməsindən beş il keçəsə də ciddi bir irəliləyiş müşahidə olunmur.

Qeyd edək ki, Aztelekomun baş diroktoru külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunaraq həbs olunmuşdu. Onunla yanaşı  “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunaraq həbs olunmuşdu. 

Lakin bütün bu görülən tədbirlər əhaliyə göstrilən telekommunikasiya xidmətində heç bir irəliləyiş baş vermədi. Belə ki, İsmayıllı rayonunda məskunlaşmış Laçın rayonundan məcburi köçkün Cəfərov Fizuli Məhəmməd oğlu telefon xəttinin yarasız vəziyyətdə olduğuna görə dəyişdirilməsi üçün dəfələrlə İsmayıllı Telekommunikasiya Qovşağına müraciət etsə də, heç bir tədbir görülməyib. Fizuli Cəfərov telefon xəttini dəyişmək üçün kabel alsa da, yenə İsmayıllı Telekommunikasiya Qovşağı heç bir tədbir görməyib. Çox maraqlıdır ki, yararsız vəziyyətdə olan telefon xəttin dəyişmək bir yana, telefon xəttlərinin paylacı qutusu da çox bərbad vəziyyətdədir. Məlum deyil ki, bu məqsdlər üçün ayrılan büdcə vəsaitləri hara xərclənir?

 Bütün bu suallara İsmayıllı Telekommunikasiya Qovşağının rəisi Tofiq Cəlalovun aydınlıq gətirəcəyinə ümid edirik. 

Sozcu.info 


Oxşar Xəbərlər

Xəbər lenti