“Azərbaycan ordusu cinayətkar Araik Arutunyanın Ermənistana qaçmasına yol verməməlidir”

“Azərbaycanın Dağlıq Qarabağ reqionunda özünü saxta prezident elan etmiş Araik Arutunyan DQ (bu gün DQ-da maksimum 20 min adam yaşayar) Ermənistan və bütün dünya əhalilərinə müraciət edib. Azərbaycan ordusunun Şuşanın 5 km-liyində olduğunu etiraf edib, hamını köməyə çağırıb. Şuşanı tutan bütün DQ-a sahibdir açıqlayıb. 1992-ci ildə necə Şuşanı işğal etdiklərindən lovğa-lovğa danışıb və bu gün də Şuşada qələbənin onların olacağını və bununla da müharibədə dönüş başlayacağını bildirib. Mən başqa cür düşünürəm. Bu adam arvadını və 3 uşağını DQ-dan çoxdan çıxarıb. İndi Şuşanın kilsəsindən bu müraciətini yayıb. Məqsədi Şuşadan Ermənistana qaçmaqdır. Çünki Xankəndiyə qayıtsa, hökmən əsir götürüləcək”.

Sozcu.info xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

“Bu adama Azərbaycan məhkəməsi baxacaq və bu sayda insanın qırğınına səbəb olmuş yaramaz yaramaz layiqli cəzasını alacaq. Azərbaycan ordusu istənilən yolla bu cinayətkarın Ermənistana qaçmasına yol verməməlidir. Düzdür, 1000-lərlə övladlarını, ərlərini itirmiş ermənilər onun Ermənistanda da yaşamasını mümkünsüz edəcəkdir.

Haqq-ədalət zəfər çalması üçün belə bir məhkəmə Paşinyan və keçmişdə DQ-da özlərini prezident elan etmiş Koçəryan və Sarkisyan üzərində də qurulmalıdır” – R.Quliyev qeyd edib.(open.az)


Oxşar Xəbərlər

Xəbər lenti