Türkiyədən cəbhəyə dəstək – 11 tır yardım göndərildi

Sozcu.info xəbər verir ki, Türkiyənin “Kızılay” – “Qırmızı Aypara” cəmiyyəti Qarabağdakı Vətən müharibəsinə dəstək üçün humanitar yardım yüklü 11 tır göndərib. İstanbuldan səfərə çıxan yardım karvanı Samsuna çatıb və karvanın buradan yola salınması mərasimi keçirilib. Böyük Caminin qarşısında Türkiyə və Azərbaycan bayraqları ilə qarşılanan tırlar dualar edildikdən sonra Azərbaycana yola düşüblər. Türkiyənin “Kızılay” səmiyyətinin Samsun şöbəsinin müdir müavini Ahmet Bulut mətbuat nümayəndələrinə Azərbaycan xalqına dəstək üçün göndərilən maşınların yükünün ərzaq, qış paltarı, ayaqqabı, adyal, cərrahi maska və gigiyena ləvazimatları olduğunu bildirib. Müharibədən ən çox zərər çəkənlərin uşaqlar olduğunu da unutmadığını bildirən Bulut yardımların arasında uşaq oyuncaqlarının da qoyulduğunu, yardımların türk vətəndaşları tərəfindən toplandığını söyləyib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}