İcra başçısı şəhid ailəsi ilə görüşdü – Foto

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHBA-nın əməkdaşları növbəti dəfə şəhidimiz Hacıyev Elmaz Elmar oğlunun ailəsinə baş çəkib. Döyüşlər zamanı çətinliklərə sinə gərən Elmaz Hacıyevin timsalında bütün şəhidlərə rəhmət diləyən Əziz Əzizov və Afət xanım Həsənova hər kəsin qəlbində daimi yaşayan şəhidlərimizin ailələrinin xüsusi diqqət və qayğı ilə əhatələndiyini və bundan sonra da onların problemləri ilə mütəmadi maraqlanaraq həlli istiqamətində lazımi tədbirlərin görüləcəyini bildiriblər. 
Qeyd edək ki, Elmaz Hacıyev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti