Rövşən Rzayev: “Prezidentlər arasında bir-birinə qarşı etibarlı yanaşma var”

 "Ümumiyyətlə Azərbaycan-Rusiya münasibətləri həmişə olduğu kimi yüksələn xətlə inkişaf edəcək. Əgər vaxtilə hər iki ölkənin münasibətləri çox isti və inkişaf edən münasibətlər adlanırdısa, bu gün artıq strateji və tərəfdaşlıq adlanır. Yəni bu istiqamət öz axarı ilə gedəcək". Bunu  millət vəkili Rövşən Rzayev deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri arasında çox müsbət münasibət var, eyni zamanda bir-birinə qarşı etibarlı yanaşma var: "Təbii ki, bu xəttdə qorunacaq və yaşanacaq. Çünki hər iki dövlətin marağındadır ki, münasibətlər müsbət məcrada davam etsin. Təbii ki, biz də bu istiqamətdə öz fəaliyyətimizi göstərəcəyik. Bu bir istiqamət. İkinci məsələ ondan ibarətdir ki, Rusiyada erməni lobbisi çox inkişaf etmiş bir lobbidir. Rusiyada yaşayan ermənilər mühüm vəzifə sahibləridir. Onların bu imkanları hesabına Azərbaycanın əleyhinə təxribatçı addımları ata bilirlər. Təəssüflər olsun ki, onların da qarşısı alınmır. Bu məqsəd də ondan ibarətdir ki, Ermənistan davam edən işğalçı siyasətini gündəmdən çıxarmaqdan ötrü Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini istəyib və öz məsələlərini uzatmaqdan ötrü aparılan siyasətdir, addımlardır. Bunlar hamısı göz önündədir. Təbii ki, Azərbaycan öz işini düzgün qurmalıdır".



Oxşar Xəbərlər

Xəbər lenti