Bakıda ölən körpənin meyitinin valideynlərinə verilməməsinə RƏSMİ MÜNASİBƏT

 

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası hamiləlik zamanı sağlam olduğu, lakin keysəriyyə əməliyyatı ilə doğulduqdan sonra iddia edilən, öldükdən sonra isə uşağın meyitinin valideynlərinə verilməməsi, onun 7 yeni doğulan körpə ilə birlikdə qəbiristanlıqda bir yerdə basdırılmasına münasibət bildirib.

Xəstəxanaın baş həkiminin müavini Mahir Babayev Trend-ə bildirib ki, şikayət edən 37 yaşlı Günay Axundova xəstəxanaya çox ağır vəziyyətdə daxil olub: "Onun böyrək problemləri, qan azlığı olub. Uşaq yarımçıq doğulub. Ananı kritik vəziyyətdən xilas etmişik. Ana reanimasiyada yatıb. Ona uşağının ölməyi barədə məlumat verilmişdi”.

M.Babayev qeyd edib ki, aprelin 7-sində rəhmətə getmiş uşağın meyiti həmin gün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil edilib: "Lakin onlar gedəndə uşağın ölüsünü aparmayıblar. Buna görə də uşaq rəsmi qaydada- aktla, protokolla dəfn edilib”.

M.Babayev qeyd edib ki, valideynin xəstəxanadan çıxan zaman uşağın ölüsünü hansı səbəbdən aparmaması barədə fikir yürüdü bilməz:

"Bununla bağlı heç nə deyə bilmərəm. Bunların ürəklərində nəysə istəkləri var, nəyisə əldə etmək istəyirlər. Mənim başa düşdüyüm budur”.

M.Babayevin sözlərinə görə, bu məsələ hüquq-mühafizə orqanları və məhkəmə tərəfindən araşdırılıb və şikayətçinin iddiasının əsassız olduğu tam təsdiqini tapıb.

Hazırda bu işə Apelyasiya Mərhəkəməsi tərəfindən baxıldığını deyən baş həkimin müavini qeyd edib ki, qəbiristanlıqda 7 uşağın birlikdə basdırılması məsələsinə münasibət bildirə bilməz:

"Bu məsələ bizlik deyil. Uşaq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onlar da belə kimsəsiz şəxsləri qolunda yazı ilə dənf edilirlər”.



Oxşar Xəbərlər

Xəbər lenti