7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Xəzər rayonunun Qala qəsəbəsində güclü yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun bakupost.az-a verdiyi məlumata görə, yanğın quru otlaq sahəsində olub. Nazirliyin Yanğın Mühafizə Hissəsinin əməkdaşları əraziyə yolanıblar. Yanğının söndürülməsi istiqamətində iş gedir.
Yanğın səbəbindən Mərdəkan istiqamətində yol bağlanıb. Böyük tıxac yaranıb.