17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Ağdamın "Qarabağ" klubu Premyer Liqada ardıcıl 6-cı qələbəsini qazanıb.
Sozcu.info PFL-in saytına istinadən verdiyi məlumata görə, IV turdan təxirə salınan səfər matçında "Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanıb. Belə ki, 6 oyunluq qələbə seriyası cari mövsümün rekord göstəricisidir.
Bunadək də rekord "Qarabağ”a məxsus idi. Ağdamlılar ilk 5 turda xal itirməmişdi. XIV turda həmin rekordu təkrarlayan komanda təxirə salınmış matçda nəticəni yeniləyib.
Qeyd edək ki, bunadək Ağdam klubu X turda "Səbail”i 1:0, XI turda "Kəpəz”i 2:0, XII turda "Sumqayıt”ı 2:0, XIII turda "Zirə”ni 3:2, XIV turda "Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.