İnquşetiya rəhbərinin qardaşı oğlu evində ölü tapıldı

 

Rusiyanın İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurovun qohumu Xasan Yevkurov fevralın 6-da evində ölmüş vəziyyətdə tapılıb.

Bu barədə "Mash” teleqram-kanal xəbər yayıb.

Məlumata görə, Xasan Yevkurovun yanında ov tüfəngi olub.

İstisna edilmir ki, ölümün səbəblərindən biri silahla ehtiyatsız davranmaq ola bilər.

Xasan Yevkurov İnquşetiya başçısının böyük qardaşının oğuludur. O, əvvəllər öz yüksək vəzifəli qohumunun mühafizəsində işləyib, amma sonra - Nazranın kənarındakı 58-ci alaya keçib, daha sonra isə "Rosqvardiya”dan ixtisara düşüb.

Yunusbek Yevkurovun özünün hazırda Qətərin paytaxtı Dohada olduğu bildirilir.



Oxşar Xəbərlər

Xəbər lenti