8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Azərbaycan Mərkəzi Bankı yeni fiskal və monetar qaydalara keçəcək".
Virtualaz.org-un məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bunu bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, belə olan şəraitdə AMB yaranmış status-kvonu saxlamağa çalışacaq: "Bizim bazara əhəmiyyətli dərəcədə müdaxiləmiz yoxdur. Biz valyuta hərraclarında nə valyuta alırıq, nə də valyuta satırıq. Əsas məsələ hal-hazırda banklara verdiyimiz svopların qaytarılmasıdır. Yeni fiskal və monetar qaydalara keçid çox mütərəqqi addımdır. Bu yeni fiskal və monetar siyasət qaydalı siyasətdir. Bu qaydalı siyasət həm fiskal, həm də monetar siyasətin koordinasiyasını yüksək səviyyəyə qaldıracaq. Bununla da məzənnənin iqtisadi risklərə təsirinin aradan qaldırılmasını təmin edəcəyik".
E.Rüstəmov onu da deyib ki, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini daha da azaltması üçün potensial mövcuddur.
Bundan başqa, İdarə Heyətinin sədri qeyd edib ki, AMB paralel olaraq inflyasiyanı da nəzarətdə saxlamağa çalışacaq: "Əgər hər hansı xarici şoklar olmasa, qiymət artımı hədəflədiyimiz 6-8% səviyyəsində olacaq”.
İlin sonuna Mərkəzi Bankın valyuta ehtiyatlarının artacağından danırarkən, E.Rüstəmov bildirib ki, neftin qiymətinin dəyişməsi valyuta ehtiyatlarının həcminə təsir edir: "Rəsmi ssenariyə, büdcə proqnozlarına, yəni neftin bir barelinin qiymətinin 45 dollar səviyyəsində olacağına əsaslansaq, bu bizə tədiyyə balansının müsbət olacağını vəd edir. Bu da valyuta ehtiyatlarının artımı deməkdir. Artıq yanvar ayından valyuta ehtiyatları 1,8 milyard dollar artıb".