8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Lənkəran rayon sakini, Qarabağ veteranı Fərid Qulamov Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsindən şikayətçidir. O, vəzifəsindən qeyri-qanuni çıxarıldığını iddia edir.
F.Qulamov virtualaz.org-a bildirib ki, 13 il dağ kəndlərində tarix müəllimi işləyib, 2012-ci ildə isə test üsulu ilə Dövlət Miqrasiya Xidmətinə işə qəbul olunub. Lakin 1 il sonra işdən azad edilib. Hüquqlarının bərpası üçün illərdir məhkəmələrə müraciət etsə də, nəticəsi yoxdur.
Şikayətçi hesab edir ki, idarənin rəisi Səmədağa Abdullayevin göstərişi ilə işdən kənarlaşdırılıb. Çünki Abdullayev vaxtı ilə Lənkəran təhsil idarəsinin müdiri işləyib, müəllim kimi onun fəaliyyətindən şikayət edib. Sonradan Abdullayev Lənkəran İcra Hakimiyyətində müavin vəzifəsinə gətirilib, haqqında yerli mətbuatda tənqidi yazılar verildiyindən işdən çıxarılaraq miqrasiya idarəsinə rəis göndərilib.
"Attestasiya zamanı işimə aid olmayan suallar verildi, amma 10 sualdan 7-nə doğru cavab verdim. Sonradan isə sənəd saxtalaşdırıldı. Xidmətin rəisi məzuniyyətdə olduğu halda işdən çıxarılmağımla bağlı əmr imzalayıb”, - şikayətçi deyir.
Qarabağ veteran əlavə edir ki, məhkəmələr heç bir əsas gətirmədən iddaya baxmaqdan imtina edir. DMX isə təkrar imtahanlarda iştirak etməyi məsləhət görür.
"Bir atanı çörəklə bu qədər imtahan etməzlər, xəstə bacım da mənim öhtəmdədir. Övladlarımın üzünə baxmağa xəcalət çəkirəm, Mənimlə birgə işdən kənarlaşdırılan 3 nəfər sonradan işlə təmin edilib. Attestasiyanın keçirilməsində qanun pozuntusuna yol verilib, bunu sübut edən sənədlər var. Sadəcə "qüdrətli əl” hüquqlarımın bərpa olunmasına imkan vermir”, - şikayətçi bildirib.
Ülviyyə Xudiyeva
Virtualaz.org