8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Bunu jurnalistlərə açıqlamasında Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
İ.Axundovun sözlərinə görə, onlardan 3165 nəfəri hərbçi, 710 nəfəri isə mülki şəxslərdir. Dövlət Komissiyası bu işdə beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edir. İki qurumun əsir və itkin düşmüş şəxslərin siyahısındakı fərqi 75-ə endirilib. Halbuki bu rəqəm 2015-ci ildə 350 nəfərdən yuxarı idi.
İşçi qrupunun rəhbəri qeyd edib ki, bu günə kimi 1550 nəfər itkin düşmüş şəxslərin 4119-nun ailə üzvündən bioloji nümunələr götürülüb: "Hazırda bu istiqamətdə işlər davam etdirilir. Xatırladım ki, Azərbaycanda itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən 195 naməlum məzar yeri aşkarlanıb. Onlardan 185-nin GPS koordinatları çıxarılıb”.