Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
İtkin düşmüş 25 neftçinin axtarışlarının akvatoriyası genişləndirilib.
"Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin və "Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 22 neftçinin axtarışları hazırda Dövlət Sərhəd Xidmətinin 3 gəmisi vasitəsilə Xəzər dənizinin Türkmənistan və İran sektorlarında aparılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri cəlb olunub. FHN-in helikopteri əsasən Xəzərin cənubunda axtarışlar həyata keçirir.
Yanğının söndürülməsində isə hazırda ikisi FHN-in və ikisi isə SOCAR tərəfindən bp şirkətindən sifariş olunan 4 gəmi iştirak edir.