8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Suriya ordusunun Afrinə girməsinin hansı nəticələr verəcəyi Türkiyədən asılıdır".
Bunu "Aydınlıq” qəzetinə açıqlamasında rusiyalı ideoloq Aleksandr Duqin söyləyib.
"Bu məsələni diqqətli şəkildə dəyərləndirməliyik. Bununla bağlı yaxın zamanlarda Putinlə Ərdoğan müzakirə aparmalıdır. Fikrimcə, Putin Əsədlə əlaqələrin qurulması istiqamətindəki təkilifini yeniləyəcək. Kürdlər bu məsələdə daha ağıllı davranırlar. Ona görə ki, Türkiyənin qarşısında dayana bilməyəcəklərini anlayırlar. Bunun üçün də Əsədin yanına keçirlər. Amerikalılardan başqa hər kəsin bu tərəfdə olması gərəkliyini düşünürəm. Eyni tərəfdə olsaq, bu məsələni həll edə bilərik. Əgər bunu etməsək, ABŞ imperializminin silahına çevriləcəyik.
Hazırda Suriyada Rusiya, İran və Əsəd bir tərəfdə, Amerika və Səudiyyə Ərəbistanı başqa bir tərəfdə yer alır. Qətər və Türkiyə öz geosiyasi maraqlarını qorumaq üçün ABŞ koalisiyasından ayrılıblar və dolayısı yolla Rusiyanın müttəfiqlərinə doğru yönəliblər. Onların hansı tərəfdə yer alması Əsədlə bağlı verdikləri qərardan asılı olacaq. Əgər Ərdoğan Əsəd ilə görüşməsə, o zaman kürdlərin həm ABŞ-ın Suriyada qalmasını istəyib, həm də Əsədin yanında yer alacaqlarını görəcəyik. ABŞ Əsədi devirə bilməyəcəyini anlayanda, oyunun qaydalarını dəyişdirməyə çalışacaq. Ərdoğan Əsədlə görüşməməklə zaman itirir”, – deyə o, bildirib/Axar.az.